Eşit, inanma… - Təbriz VƏFALI YAZIR
29-07-2025 [14:13]
Təbriz VƏFALI
***
Mən kənd uşağıyam, özü də zırından. Kənd həyatı barədə bilmədiyim şeyə qurd düşər. Necə deyərlər, kənd əhlinin gönünə dabanından bələdəm. Özüm də çox şeyi görüb-götürmüşəm. Amma di gəl ki, həmkəndlilərim mənə oxşamayıblar. Bəzi şəhərlilər demişkən, lap Nuh əyyamından qalıblar, onların müasir dövrümüzdə baş verənlərdən xəbərləri yoxdu.
Nə isə. Keçək mətləbə. Dünən Əli adlı bir həmkəndlim bizə qonaq gəlmişdi. Bakıya ilk gəlişi olduğundan iki ayağını bir başmağa dirədi ki, onu gəzməyə aparım. İşim-gücüm çox olsa da, onun qır-saqqız olub yaxamdan yapışdığını görüb könülsüz razılıq verdim. Evdən çıxıb sərnişinlə dolu avtobusa güc-bəla ilə mindik.
Gördüm Əli üzümə təəccüblə baxır. Soruşdum, nə oldu? Dedi ki, xeyli vaxtdır dövlət qurumları az qalıblar aləmi bir-birinə qatsınlar. Nə vaxt televizora baxıram, deyirlər, Bakıya yeni avtobuslar gətirilib, sərnişindaşımada xidmət xeyli yüksəlib, sərnişinlərin rahat gediş-gəlişi təmin olunub. Əgər deyilənlər doğrudursa, bəs bu basabas nədi? Özümü gülməkdən zorla saxladım. Dedim, ay rəhmətliyin oğlu, əvvəllər bəzi marşrutlara sutkada bir neçə avtobusla yanaşı, 10-15 mikroavtobus da buraxılırdı, problem az idi. Mikroavtobusların tamam çıxarıldığı bəzi marşrutlara yalnız 4-5 təzə avtobus buraxıldığından problem çoxalıb. Hər deyiləni doğru qəbul etmə. Eşit, inanma.
“20 Yanvar” dairəsinə çatar-çatmaz tıxaca düşdük. Siqnal səslərindən az qaldı qulaqlarımız tutulsun.
Gördüm Əli gözlərini döyə-döyə qalıb. Soruşdum, nə oldu? Dedi, eşitdiyimə görə, Bakıda toylar saat 18:00-dan sonra başlayır. Bu nətəri işdi, gündüz çağı da gəlin aparırlar? Dedim, əşşi, nə toy, nə gəlin, burda tıxac yaranıb. Yol tez boşalsın deyə sürücülər siqnal verirlər. Gördüm Əli üzümə yenə təəccüblə baxır. Dedi, bəs televizorlar bar-bar bağırırlar ki, Bakıda yeni körpülər, tunellər, yolötürücülər və keçidlər tikildiyindən tıxac problemi çözülüb. Bəs bu nədi? Dedim, görünən kəndə bələdçi lazım deyil. Gözlərinlə gördüklərin sənə yetər. Kim nə deyir, desin. Eşit, inanma.
Tıxacdan birtəhər qurtulub yolumuza düzəldik. Bir qədər gedəndən sonra avtobusun təkəri çuxura düşdü. Əli nətəri səndirlədisə, başı qapıya dəydi. Başına gələn başmaqçı olar, deyirlər. Belə olayla çox üzləşdiyimdən məni gülmək tutdu.
Məni tərs-tərs süzən Əli dedi ki, bəs televizorlar səhərdən axşamadək aləmə car çəkirlər ki, Bakının yolları əsaslı təmir edilir, onlar dünya standartlarına uyğun yenidən qurulur. Bəs bu nədi? Dedim, nə olsun deyirlər. Hər deyilən doğru olmaz ki. Eşit, inanma.
Gördüm əsəbindən Əlinin sifəti bozarıb, üzü rəng verib-rəng alır. Soruşdum, nə oldu? Dedi ki, əgər bu gündən belə televizorlarda deyilənlərə, hər eşitdiyimə inansam, atamın oğlu deyiləm.
Bir söz demədim. Amma düşündüm ki, kaş hər deyilənə inanan həmkəndlilərim Bakıya gələydilər, hər şeyi gözləriylə görəydilər, daha eşitdiklərinə inanmayaydılar. Bəlkə bu yolla Nuh əyyamından “qalmağı” tərgidə, müasirləşə bilərlər.
MİA.AZ
"Qalatasaray" sağ cinah müdafiəçisi transfer etmək istəyir
İran prezidentindən xəbərdarlıq: "Tehranda su sarıdan ciddi problemlərlə üzləşəcəyik”
Şirkət rəhbəri məhkəmədə: "Fərhad əhmədovdan 200 min dollar rüşvət almışdım..." - "Qərar vardı ki, onun bütün əmlaklarına həbs qoyulsun"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İsrail ordusunun 7 əsgəri intihar edib
Qəzzada savaş: daha 101 nəfər ölüb
Duşan Tadiçin yeni komandası bəlli olur
"Kasımpaşa" yarımmüdafiəçi ilə müqavilə imzalayıb
Müəllimlərin işə qəbulu: vakansiya seçimi başlayır
Avqustda hava necə olacaq? - Aylıq proqnoz
"Beşiktaş" Kerem Atakan Kesgin ilə yollarını ayırıb
"Sivasspor" qapıçı transfer edib
"Alanyaspor" hücumçusu ilə yollarını ayırıb
"Kocaelispor" Polşalı müdafiəçini icarəyə götürüb
Avropa birinciliyi: idmançılarımız medal qazandı
Sabiq məmurun oğlu məhkəmədən niyə yayınır? - Milyonluq qalmaqal
Lənkəran-Lerik ərazisində zəlzələ olub
"Fənərbağça" Nelson Semedo ilə anlaşıb
QHT-lərlə bağlı qanuna əlavə təsdiqləndi - DƏYİŞİKLİK
Prezident İlham Əliyev sərəncam imzalayıb
Mədəniyyət Nazirliyinə əlavə səlahiyyət verildi - FƏRMAN
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama
"Sivasspor" 27 yaşlı hücumçu ilə müqavilə imzalayıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi açıqlama yayıb
İSRAİL MEDİASINDAN ŞOK ÇAĞIRIŞ: "Şimali Kipri tutumalıyıq" - Türkiyənin nüvə gücünə bənzər raketi qorxu yaradıb
Sabahın hava proqnozu açıqlanıb
Cəlilabadda əməliyyat: axtarışda olan şəxs tutulub
İsti hava ilə bağlı - Xəbərdarlıq
İXTİSAS SEÇİMİNİN TARİXİ BƏLLİ OLDU - DİM açıqladı
Xocalıda yanğın başlayıb
"Neft gəlirləri Dövlət Neft Fondunun büdcə xərclərini tam qarşılamayıb" - Rəsmi açıqlama
Kaliforniyada F-35 döyüş təyyarəsi qəzaya uğrayıb
Enerji içkisi qutuları səhvən spirtlə doldurulub
Sahil Babayev bu nazirliyin jurnalını da bağladı - Növbə kimindir?
2500 illik qədim piramida xarabalığa çevrilib
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən açıqlama
Çempionlar Liqası: hansı komandalar mərhələ adladı?
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kəlbəcər rayonunda zəlzələ olub