23-08-2014 [12:12]
Pənahlı ailəsinin "Qafqazinfo”ya təqdim etdiyi müraciəti olduğu kimi təqdim edirik:
"Bu müraciəti sizə Qobustan həbsxanasının divarları arasından yazıram. Səmimi etiraf edirəm ki, müraciəti yazarkən zərrə qədər belə tərəddüd etməmişəm. Çünki, bu müraciət mənim vicdanımın səsidir və mən onu susdurmağı heç vaxt nə istəməmişəm, nə də bacarmamışam. Artıq 4 ilə yaxındır ki, məhbus həyatı yaşayıram. Bu müddət ərzində çox böyük haqqsızlıqlarla, təzyiqlərlə üz-üzə qalmışam. Bütün şüurlu ömrünü mübarizəyə həsr etmiş və bu səbəbdən dünyanın 4 dövlətinin zindanında məhbus həyatı yaşamış bir insan olaraq deyə bilərəm ki, bu son 4 ildə gördüyüm haqqsızlıqların, təzyiqlərin, yaşadığım iztirabların bənzərini heç vaxt görməmişəm. Təbii ki, mən ağlım kəsən bir gündən özünə bir yol çizmiş bir insanam. Tutduğum bu yolun rahat, kəhkəşanlı bir həyatla uyğun gəlmədiyini də həmişə bilmişəm. Mənim üçün bu günə kimi çəkdiklərim də, bundan sonra çəkəcəklərim də tutduğum yolun bir parçasıdır və bunu təbii qəbul edirəm.
Özümlə bərabər ailəm, övladlarım, yaxınlarım da iztirab çəkməyə məhkum olublar. Atam, anam mənim yaşadıqlarıma tab gətirə bilməyib dünyalarını dəyişiblər. Mənə valideynlərimin cənazələrini çiynimdə daşımaq belə nəsib olmadı. Bu, mənim üçün Allahın taleyimə yazdığı ən ağır imtahan idi. Sözsüz ki mən də insanam və tutduğum yolda bildiyim və bilmədiyim çox yanlışlarım olub. Amma tam əminliklə deyə bilərəm ki, mən yanlış ya da doğru nə etmişəmsə vətənimin və millətimin rifahını düşünərək etmişəm. Əqidəmə xəyanəti həyatım boyu ağlımın ucundan belə keçirməmişəm. Həyatım boyu bir tərəfdə dünyanın sərvəti, o biri tərəfdə isə məhrumiyyətlərlə dolu bir həyat olduğu halda mən həmişə ikincisini seçmişəm və bu, bu gün də belədir. Şəxsi mənafe heç vaxt mənim üçün önəmli olmayıb. Hansı siyasi lideri dəstəkləmişəmsə də, bunu vətənimin və millətimin xeyrini düşünərək etmişəm.
Bu gün sizə Qobustan həbsxanasəndan yazdığım bu müraciət də mənim məhz əqidəmə sadiqliyimin nəticəsidir. Mən məhbus həyatı yaşadığım bu 4 il müddətində nə qədər cəmiyyətdən təcrid olunmuş olsam da bacardığım qədər mətbuatı izləməyə, ölkədəki siyasi durumdan xəbərdar olmağa çalışmışam və bu gün ölkəmizdəki siyasi durum məni sizə müraciət etməyə məcbur etdi. Biz illər öncə bir mübarizə başlatdıq. Milli Azadlıq mübarizəsi adlanan o müqəddəs mübarizəyə bütün gəncliyimizi həsr etdik. Bu mübarizənin uğruna şəxsən mənim yüzlərlə dostum, silahdaşım can verdi. Əldə etdiyimiz nəticə, qazandığımız nəaliyyət sözsüz ki, misilsiz oldu.
Biz, çoxlarının təsəvvürünə belə gətirə bilmədiyi milli müstəqilliyimizi qazandıq. Şəxsən mən, Nemət Pənahlı, Milli Azadlıq Mübarizəsinə möhürünü vurmuş bir insan olaraq deyə bilərəm ki, Azərbaycanın istiqlaliyyəti mənim üçün dünyada hər şeydən, canımdan belə daha dəyərli və daha önəmlidir. Onun qorunub saxlanması üçün dünyada fəda edə bilməyəcəyim heç bir şey yoxdur. Ona görə də bu gün mənim ən böyük yanğım qəsb olunmuş torpaqlarımızın da azad olunmasıdır.
Düşünürəm ki, bu gün Azərbaycanda illərlə gözlədiyimiz siyasi bir şərait yaranmışdır. Baş vermiş siyasi olaylar haqqda ala bildiyim qədər məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu siyasi fürsət torpaqlarımızın geri alınması üçün misilsiz bir şansdır. Müharibə havasının əsməsi ilə minlərlə Azərbaycan övladının könüllü olaraq savaşa qatılmaq istəyi bir daha sübut etdi ki, bu xalq hər şeydən daha çox ana-bacılarımızın qisasını almaq, şəhidlərimizin qanını yerdə qoymamaq arzusu ilə yaşayır. Bu fakt mənə bu həbsxana divarları arasında elə bir fərəh hissi yaşatdı ki, illər öncəsinə, Azadlıq Meydanına qayıtdım və "bəli” dedim, "mən bu xalqı tanıyıram, onu artıq bir dəfə Meydanda görmüşəm”. Onun əzəməti, onun cəsarəti ilə bağlı heç vaxt şübhəm və tərəddüdüm olmayıb. Dəfələrlə inamımı sındırmağa çalışsalar da həmişə əmin olmuşam ki, 88-ci ildəki kimi söz demək məqamı gələndə bu xalq öz sözünü deyəcək.
Budur Cənab Prezident! Əminliklə deyə bilərəm ki, əgər bu gün Qarabağda müharibəni başladıb torpaqlarımızın geri alınması uğrunda səfərbərlik elan etsəniz bu cəmiyyətin bəlkə də ən narazı nümayəndəsi belə arxanızda duracaq. Əmin olun ki mən bunu elə belə, söz xatirinə demirəm. Mənim xalqım ruhumun və varlığımın bir parçasıdır. Onu hiss etməməm mümkün deyil. Ona görə də bu gün sizə bu müraciəti yazarkən Qarabağda müharibəni başladacağınız təqdirdə bütün cəmiyyəti, hətta ən qatı müxalifət nümayəndələrini belə sizə dəstək olmağa çağırıram. Əminəm ki, həqiqi mənada vətənini və millətini sevən hər bir kəs də mənim bu müraciətimi dəstəkləyəcək. Şəxsən mənə gəlincə isə Azərbaycan oğullarına qanlarımızı almaq fürsəti verərək xalqımızı bu şərəflə şərəfləndirəcəyiniz təqdirdə sizə hər şeyi, qanımı belə halal edirəm. Eyni zamanda 18 yaşı yenicə tamam olmuş, dörd gözlə müharibənin başlayacağı günü gözləyən böyük oğlumun da bu savaşa qatılmasından sadəcə bənzərsiz bir qürur hissi duyacağımı diqqətinizə çatdırmaq istəyirəm.
Cənab Prezident! Əmin olun ki, bu tarixi fürsətin düzgün dəyərləndirilməsi bir millət olaraq bizə, bir dövlət başçısı olaraq da sizə əsrin ən böyüq müvəffəqiyyətini qazandıracaq”.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO