Oleq Bakinski son sözünü dedi: "Bu əməli törətməmişəm, mənə bəraət verin"
KRİMİNAL
18.07.2025, 17:57
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən Oleq Bakinski ləqəbi ilə tanınan Oleq Krapivin və ukraynalı sabiq nazir müavini Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin prosesi davam edib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Bakinski son sözlə çıxış edib.
O, bildirib ki, ittiham olunduğu əməl törətməyib: "Son sözüm odur ki, mən bu əməli törətməmişəm. Mənim üstümə şər atıblar. Şahidlər də bunu təsdiqlədi. Sizdən xahişim odur ki, mənə bəraət verəsiniz".
Kuçer Konstantin son söz üçün vaxt istəyib.
Proses iyulun 25-nə təxirə salınıb.
Qeyd edək ki, prokuror ötən prosesdə çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deputatlar istirahətə gedir
Bugün, 13:09 SİYASƏT
-
Aparıcının hovuz əyləncəsi kabusa döndü
Bugün, 13:00 ŞOU-BİZNES
-
“Fənərbağça” tarixinin ən bahalı oyunçusunu alır – Klub rəsmiləri Fransada! (FOTO)
Bugün, 12:51 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:39 CƏMİYYƏT
-
Çempionlar Liqası: seçmə mərhələsinin cavab oyunları başlayır
Bugün, 12:32 İDMAN
-
Konfrans Liqası: 26 cavab oyunlarına start verilir
Bugün, 12:24 İDMAN
-
“Netflix” böyük dəyişikliyə hazırlaşır
Bugün, 12:19 MƏDƏNİYYƏT
-
SOCAR-da daha bir təyinat oldu
Bugün, 12:09 İQTİSADİYYAT
-
"Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini anlamıram" - Daha bir qalmaqallı məhkəmə prosesinə start verildi
Bugün, 12:08 CƏMİYYƏT
-
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs edildi
Bugün, 11:55 KRİMİNAL
-
İlham Əliyev: "İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir"
Bugün, 11:42 GÜNDƏM
-
İcra başçısının birinci müavini vəzifəsindən azad çıxarıldı
Bugün, 11:40 GÜNDƏM
-
ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlərlə bağlı yeni qərar verildi
Bugün, 11:37 İQTİSADİYYAT
-
DİN: "Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın"
Bugün, 11:32 CƏMİYYƏT
-
PARTİYA SƏDRİNİN 17 İL ƏVVƏL ŞÜBHƏLİ ÖLÜMÜ: 25 nəfər saxlanılıb, 2 nəfər qaçıb
Bugün, 11:14 SİYASƏT
-
"Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik olunub
Bugün, 11:13 İQTİSADİYYAT
-
Xəzər dənizində qadın boğulub
Bugün, 11:12 GÜNDƏM
-
Türkiyə və İsrail Suriyada növbəti dəfə üz-üzə - Toqquşma olacaq?
Bugün, 10:58 GÜNDƏM
-
İlham Əliyev: "Azərbaycan və Rusiya münasibətləri normallaşıb"
Bugün, 10:58 GÜNDƏM
-
"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o..." - İlham Əliyev
Bugün, 10:39 GÜNDƏM
-
İlham Əliyevdən ABŞ-İran müharibəsinə şərh: "Bu gün nəyəsə proqnoz vermək çətindir"
Bugün, 10:29 SİYASƏT
-
İran Hörmüz boğazında daha iki yük gəmisini vurub
Bugün, 10:24 DÜNYA
-
Pensiyalar nə vaxt köçürüləcək? - Açıqlama
Bugün, 10:16 İQTİSADİYYAT
-
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb
Bugün, 10:07 CƏMİYYƏT
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - CANLI YAYIM (Yenilənir)
Bugün, 10:01 GÜNDƏM
-
Rəsmi Tehrandan BMT Baş katibinə cavab verildi: “İranı günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir"
Bugün, 09:57 DÜNYA
-
"Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki..." - İLHAM ƏLİYEVDƏN AVROPAYA AÇIQ MESAJ
Bugün, 09:49 SİYASƏT
-
"Borrel vəzifədən getdikdən sonra... - Prezidentdən açıqlamalar
Bugün, 09:42 SİYASƏT
-
İlham Əliyev Şuşada: "Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil"
Bugün, 09:29 GÜNDƏM
-
“Haluk Levent işi” böyüyür - Məşhur vəkil saxlanıldı
Bugün, 09:20 MƏDƏNİYYƏT
-
ABŞ-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR: "Boğazı Tehran idarə etmir, edə bilməz" – Gecə qarşılıqlı hücumlar davam edib
Bugün, 09:04 GÜNDƏM
-
Haluk Levent milyonçunu da aldadıb? – 60 milyon dollarlıq iddia
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
“Fənərbağça”dan getdi, yeni komandasında da qala bilmədi
Bugün, 00:33 İDMAN
-
ABŞ İrana yenə zərbə endirib
Bugün, 00:15 GÜNDƏM