AMİP-dən sərt təpki

img

22-08-2014 [17:40]


Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsinə AMİP-dən sərt təpki gəlib. AMİP Lideri E.Məmmədovun köməkçisi, partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucov bildirib ki, "Bu cür hərəkəti edənlər insalıqdan uzaq, yaramaz və ləntənlənmiş məxluqlardır. Bu gün müstəqil bir dövlətin vətənduğumuza, dünyanın ayrılmaz bir parçası olduğumuza, təhlükəsiz və asayişdə yaşadığımıza görə şəhidlərimizə borcluyuq. Şəhidlər bizim müqəddəs məkanımız, inam və güvənc yerimizdir. Tariximizin və mənəviyyatımızın təhqir olunmasına nəinki dövlət, cəmiyyətin özü sərt münsibət bildirməlidr. Hesab edirəm ki, bu rəzləti törədənlər tapılib ən ağır şəkildə cəzalandırılacaq”. Partiya yetkilisi Şəhidlər xiyabaında təhqiredici hərəkətlərin edilməsini həm də təxribatçılıq kimi qiymətləndirib: "Ola bilsin ki, hansısa qüvvələr, yaxud da kimlərsə, bu cür şərəfsizliyə əl atmaqla, insanların heysiyyatına toxunmaqla hansısa çirkin niyyətlərini həyata keçirmək məqsədi güdüb. Bunun qarşısı anında alınmalı idi. Mən Şəhidlər xiyabanının qorunmsına və təhlükəsizliyinə məsul olan şəxslərin məsuliyyətsizliyini də qınayır və onlara etirazımı bildirirəm. Necə olur ki, hər tin başına kameralar quraşdırıldığı halda bu müqqədəs məkanın, ölkədə bir nömrəli post olacaq bir strateji yerin qorunmasına və nəzarətinə dırnaqarası yanaşılır. Bu da mənəviyyatsızlar tərəfindən belə təqhirı həyata keçirməyə imkan yaradır”. Sonda Əli Orucov hakimiyyətə qarşı tələblərini irəli sürüb: "Biz AMİP olaraq hadisəni kəskin şəkildə pisləməklə yanaşı bunu törədənlərin tezliklə cəzalandırılmasını, eyni zamanda Şəhidlər Xiyabanının ölkənin 1 saylı post və milyonların anım yeri kimi daha ciddi, daha etibarlı şəkildə qorunma və güvənc altına alınmasını tələb edirik.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA