Elmar Vəliyev BMT nümayəndələri ilə görüşüb

img

22-08-2014 [16:52]


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə işgüzar səfərdə olan BMT-nin insan hüquqları Şurasının Biznes və İnsan Hüquqları üzrə işçi qrupu ilə görüşüb.

MİA-ya daxil olan məlumata görə, BMT-nin insan hüquqları komissarlığının eksperti Sulyandziga Pavel, Selvanathan Puvan, İşçi qrupunun üzvü Hall Peter, Halsteen Urik və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrinin qatıldığı görüşdə ikitərəfli əlaqələr müzakirə edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları şəhərdə görməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Həmçinin Elmar Vəliyev BMT ilə Azərbaycan əlaqələrinin önəmindən və əhəmiyyətindən danışıb. İcra başçısı şəhərimizdə gedən yenidənqurma və abadlıq işlərinin insanların sosial həyatları üçün əhəmiyyətli olduğunu bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA