Marşurut sürücüləri etiraz aksiyası keçirir- Foto

img

22-08-2014 [15:13]


Bu gün 95 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus sürücüləri aksiya keçiriblər.

"Qafqazinfo” azxeber.com-a istinadən xəbər verir ki, bu barədə sözügedən avtobusun sərnişinləri məlumat verib.

"Həzi Aslanov” metrosundan "Şəhidlər Xiyabanı”na doğru hərəkət edən avtobusun sürücüləri aksiya keçiriblər. Onlar avtobusları "Həzi Aslanov” metrosunun yanında saxlayaraq, hərəkət etməyəcəklərini söyləyiblər. Buna səbəb isə, maşrutun hərəkət istiqamətində olan yolların bağlı olmasıdır.

Nəticədə sərnişinlərlə avtobus sürücüləri arasında narazılıq yaşanıb. Sərnişinlər avtobusların hərəkət etməsini tələb etsələr də, bu cəhdləri nəticəsiz qalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA