Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!

img

14-07-2025 [12:55]


Azercell “Premium+” loyallıq proqramı çərçivəsində “Premium” tarif istifadəçilərinə daha bir üstünlük təqdim edir.

Mia.az xəbər verir ki, yeni kampaniya çərçivəsində “Premium” tarif abunəçiləri “Wolt+” xidmətindən 6 ay ərzində ödənişsiz istifadə imkanı əldə edirlər.

“Wolt+” abunəliyinə qoşulan istifadəçilər restoran və mağazalardan pulsuz çatdırılma, “take away” sifarişlərində 10% endirim və eksklüziv təkliflərdən faydalana bilərlər. Bu üstünlüklər müştərilərə gündəlik sifarişlərini daha rahat və sərfəli etməyə şərait yaradır.

Kampaniyadan yararlanmaq üçün “Premium” tarif abunəçilərinin “Azercell” mobil tətbiqinə daxil olaraq “Wolt+” bannerinə klik etmələri kifayətdir. Bu zaman istifadəçilər avtomatik olaraq “Wolt” tətbiqinə yönləndirilir və kampaniyaya qoşulmaq üçün təqdim olunan xüsusi promo kod aktivləşdirilir. Qeyd olunan mərhələlər tamamlandıqdan sonra istifadəçilər 6 aylıq “Wolt+” abunəliyindən faydalana bilirlər.

Bu və digər üstünlüklər haqqında ətraflı məlumat üçün: Premium+ | Azercell


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA