Ərdoğanın baş müşaviri vəfat edib - Sabiq DİN başçısı açıqladı

img

11-07-2025 [11:46]


Türkiyə prezidenti Ərdoğanın Baş müşaviri, İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut bu gün vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə sabiq Daxili İşlər naziri, hazırda İstanbuldan deputat olan Süleyman Soylu açıqlama verib.

O, Maslakdakı özəl xəstəxanalardan birində xərçəng müalicəsi alan 53 yaşlı Bulut bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirib: "Dəyərli dostumuz, Prezidentin baş müşaviri, İqtisadi Siyasət Şurasının üzvü, jurnalist, yazar, iqtisadçı ekspert Yiğit Bulut bu gün səhər saatlarında dünyasını dəyişib. Ailəsinə, yaxınları və sevənlərinə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA