"Fənərbağça"nın gənc futbolçusu Avropa klublarının radarındadır

img

10-07-2025 [14:06]


19 yaşlı Yusuf akçiçək üçün indiyədək alınan təkliflər rəhbərlik tərəfindən yetərli görünməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliya Seriya A liqasında çıxış eden "Bolonya"nın təklifi bonuslar daxil olmaqla, 15 milyon avronun altında qaldı.

"Bolonya"nın skaut heyəti ötən mövsüm "Fənərbağça"nın Avropa Liqasının pley-off mərhələsində "Anderlext"lə cavab matçını izləyib.

Yusuf Akçiçəylə bağlı ətraflı araşdırmalar aparan İtaliya komandası onu mərkəz müdafiəçiləri siyahısında ilk sıraya yerləşdirib.

Yusuf Akçiçək 2024-2025 mövsümündə "Fənərbağça"nın heyətində 20 matçda forma geyinib. Bu müddət ərzində gənc futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR