SOCAR Türkiyə klubunun sponsoru olub

img

10-07-2025 [14:24]


SOCAR Türkiyənin I Liqa komandası olan “İğdır”ın sponsoru olub.

Bu barədə qurumun Türkiyədəki törəmə şirkəti - “SOCAR Türkiye” məlumat yayıb.

Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Müqaviləyə əsasən rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq.

Qeyd edək ki, şirkət eyni zamanda Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray”a da sponsorluq edir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR