Sabahın hava proqnozu açıqlandı

img

10-07-2025 [12:30]


İyulun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturugecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA