“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir - Müsahibə
10-07-2025 [10:43]
Müsahibimiz Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir:
- Vüqar müəllim, çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yeri olan «İki sahil» qəzeti 34 yaşını qeyd edir. Ötən 34 ilin zirvəsindən dönüb geri baxanda qəzetin keçdiyi yolu necə şərh edərdiniz?
- “İki sahil” qəzetinin ilk nömrəsinin çapdan çıxmasından ötən 34 il zaman baxımından çox böyük olmasa da bu illərin hər birinin qəzetimizinn tarixinə yazdığı möhtəşəm səhifələr sanki bir əsrə bərabər yol keçildiyini təsdiqləyir. Əvvəlcə onu vurğulayım ki, “İki sahil”in yarandığı dövrün reallıqları ilə bugünümüzü müqayisə etdikdə çox çətin, eyni zamanda, şərəfli yol keçdiyimizi, xüsusilə qəzetin fəaliyyətə başladığı ilk illərdə əvvəlki hakimiyyətlər tərəfindən yaradılan maneələrə sinə gərərək heç zaman tutduğumuz yoldan, əqidəmizdən dönmədiyimizi böyük qürur hissi ilə qeyd edirik. Təbii ki, ilk addımlarımız ciddi çətinliklərlə müşayiət olunsa da sonrakı illərdə qazandığımız uğurlar artıq çoxdan tarixə qovuşmuş həmin anları bu gün qürur hissi ilə xalırlamağımıza stimul verir. Çünki biz “İki sahil”çilər ilk gündən müəyyənləşdirdiyimiz hədəfə söykənərək yola çıxmışdıq. Şübhəsiz, hələ müstəqilliyini bərpa etməmiş, zamanın sərt, amansız burulğanlarının məngənəsində çabalayan odövrki Azərbaycanın reallığında qət etməli olduğumuz yolun heç də hamar olmayacağını yaxşı bilirdik. Onu da yaxşı bilirdik ki, xaosun, anarxiyanın, ozbaşınalığın meydan suladığı həmin dövrdə bütün çətinlikləri göz altına almalı, hədəfimizə çatmaq üçün fədakarlıq, böyük cəsarət nümayiş etdirməliyik. “İki sahil” məhz bu cəsarəti, fədakarlığı nümayiş etdirdi, Yenə də təkrar edirəm ki, 1991-ci ilin 10 iyul tarixində qəzetimizin ilk nömrəsi işıq üzü görəndə Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. Daim tariximizin faciəli səhifəsi kimi vərəqlənən, SSRİ məkanında senzuranın tüğyan etdiyi həmin illərdə hansısa müttəfiq respublikada, o cümlədən Azərbaycanda müstəqil mətbuatın yaranıb fəaliyyət göstərməsindən danışmaq sadəcə, çox çətin idi. Belə bir çətin şəraitdə qəzetimizin nəşrə başlaması, ilk nömrəsindən etibarən qazandığı hər bir uğur kollektivimizin birliyinin, bütün qüvvə və bacarıqlarını vahid amala, istəyə yönəltmələrinin nəticəsidir.
Dövlətçiliyimizin möhkəmlənməsinə töhfə vermək, müasir müstəqil Azərbayanımızın daha da qüdrətlənməsinə, həqiqətlərimizin təbliği hər zaman əsas amalımız olub. 34 il əvvəl eyni amal, eyni məqsəd, eyni məramla çıxdığımız yola bundan sonra da davam etdirəcəyik. Qəzetimizin keçdiyi 34 illik şərəfli yol dövlət müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir. Biz “İki sahil” olaraq müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin təbliği missiyasını şərəflə yerinə yetirərək oxucu auditoriyasını günbəgün genişləndirdik. Bir an belə unutmuruq ki, oxucu sevgisini, inamını qazanmaq hər bir mətbu orqanın fəaliyyətinin əsas stimulverici amilidir.
- Vüqar müəllim, “İki sahil” qəzetinin Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətinin həyata keçirilməsində iştirakını necə şərh edərdiniz?
- Əvvəldə də qeyd etdiyimiz kimi, «İki sahil» qəzeti hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliğatçısı olub. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə «Azərbaycan Sizin sözünüzü gözləyir» başlıqlı müraciəti «İki sahil» qəzetində gərc olunub. Yeni Azərbaycan Partiyasının yaranması zərurətini, bu siyası qüvvənin təşkilatlanmasını, keçdiyi inkişaf yolunu geniş şəkildə işıqlandıran «İki sahil» daim tutduğu yola sadiqlik nümayiş etdirərək Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təbliğində fəal iştirakı ilə diqqətdədir. Həm «İki sahil» qəzetinin baş redaktoru, həm də məşhur «91-lər»dən biri olaraq fəxrlə qeyd edirəm ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin təbliğində «İki sahil» qəzetinin rolunu yüksək qiymətləndirib. Ulu Öndər həmin müşavirədəki çıxışında bildirib ki, «İki sahil» qəzeti həqiqətlərin təbliğində çox böyük işlər görüb və Yeni Azərbaycan Partiyasına xidmət edir. Ümummilli Lider onu da qeyd etmişdi ki, Yeni Azərbaycan Partiyası olmayan zamanlarda da "İki sahil” qəzeti çox cəsarətli məqalələr yayımlayıb. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə “İki sahil” qəzeti yaxşı fəaliyyət göstərib.
Ümummilli Liderin “İki sahil”in fəaliyyətinə verdiyi bu yüksək qiymət hər zaman fəaliyyətimizin yol xəritəsidir, məsuliyyət hissimizi artıran əsas çağırışdır.
Ümummilli Lider Heydər Əliyev daim mətbuata böyük diqqət və qayğı ilə yanaşırdı. Bu il qəzetimizin mətbuatımızın 150 illik yubileyinə təsadüf edən 34 yaşı bizim üçün ikiqat bayram və sevincdir. Hər zaman jurnalistlərin dostu olan Ulu Öndər Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab edirdi. Bu gün cəmiyyətin güzgüsü kimi dəyərləndirilən Azərbaycan mətbuatı üzərinə düşən missiyanı uğurla yerinə yetirərək ictimaiyyətin informasiya tələbatının ödənilməsini təmin edir. Demokratik cəmiyyətin varlığının əsas göstəricisi olan azad mətbuatın inkişafına xüsusi diqqət yetirən Ümummilli Lider daim jurnalistləri obyektiv, qərəzsiz olmağa çağırırdı. Bu gün ölkəmizdə çoxlu sayda mətbu orqanın fəaliyyəti məhz bu sahəyə xüsusi diqqətin göstərilməsinin təsdiqidir. Çoxsaylı mətbu orqanlar arasında «İki sahil»in özünəməxsusluğunu qoruması, daim obyektiv, cəmiyyəti düşündürən məsələlərlə bağlı materialların dərcinə xüsusi yer verməsi qəzetin oxucu auditoriyasının genişlənməsini təmin edir. Əlbəttə, oxucu məhəbbətini necə qazandığımızı fəaliyyətimiz cavablandırır. Eyni zamanda, oxucu rəyi daim gələcəyə daha inamla addımlamağımıza əsas verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu gün adını tarixə torpaqlarımızın xilaskarı kimi yazmasını şərtləndirən 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin 2023-cü ildə bir günlük lokal antiterror tədbirləri mətbuatımızın üzərinə düşən missiyanı necə yerinə yetirdiyini bir daha nümayiş etdirdi. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq, unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdi, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı.
“İki sahil” Zəfər dastanına gedən yolun təqdimatında fəal iştirak edərək həm 44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını faktlar əsasında ictimaiyyətə çatdırmasından böyük şərəf duydu. Hər gün tariximizə yazılan zəfərlərin müjdəçisi olmaqdan böyük xoşbəxtlik ola bilərmi? Bu xoşbəxtlikdən, şübhəsiz, “İki sahil”ə də pay düşdü.
Azərbaycanın hər bir uğuru, dövlətimizin uğurlu siyasəti “İki sahil” qəzetinin səhifələrində geniş təhlil edilərək dolğun şəkildə ictimaiyyətə çatdırılır. Tarixi Zəfərimizdən, şanlı Qələbədən sonrakı dövrün reallıqlarından böyük qürur hissi ilə bəhs edirik. Həyata keçirilən hər bir layihə bugünümüz və gələcəyimiz üçün önəmlidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri daim “İki sahil”in qürurla bəhs etdiyi tarixi məqamlar sırasındadır.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün artıq qalib, bütövləşən Azərbaycanın uğurlarından bəhs edirik. Tarixi Zəfərimiz bütün sahələrdə yenilklərə, islahatlara yol açdı. İctimai-siyasi həyatımızda aparıcı rol oynayan, ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayı YAP-ın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu. Dövlət başçısı İlham Əliyevin tapşırığana uyğun olaraq yeni Proqram işlənib hazırlandı və 2021-ci ilin sonunda qəbul edildi. «Biz birlikdə güclüyük!» çağırışını özündə ehtiva edən yeni Proqram Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyəti üçün yol xəritəsi oldu. Partiyanın yeni Nizamnaməyə və Proqrama uyğun olaraq atdığı hər bir addım, rayon və şəhər təşkilatlarının gördüyü işlər «İki sahil» qəzetinin səhifələrində ardıcıl və geniş işıqlandırılır. Qəzetimizin hər bir əməkdaşı bundan böyük qürur hissi keçirir.
-SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən “İki sahil” ölkə iqtisadiyyatının inkişafında neft amilinin rolunu ictimaiyyətə necə təqdim edir?
- Əvvəldə onu qeyd edim ki, artıq 34 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın bugünkü reallıqlarını düzgün dəyərləndirmək üçün təbii ki, müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmaq bir zərurət kimi qarşıda dayanır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan Ermənistanın hərbi təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu belə bir ağır zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ulu Öndərin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Lider Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu.
Bütün bu reallıqların təbliğində, ölkə ictimaiyyətinə çatdırılmasında «İki sahil» üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi və bu gün də həmin siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurları böyük qürur hissi ilə təbliğ edir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının reallıqları fonunda Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin müəllifi kimi rolundan, dünyaya ünvanladığı birlik, həmrəylik, sülh çağırışlarından, azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən geniş bəhs edən «İki sahil»in səhifələrində son beş ilin xoş ovqatı daha aydın görünür. Qəzetin hər nömrəsinin manşetinə çıxarılan çağırışların hər biri qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın qarşıdakı dövr üçün hədəflərini açıqlayır. Düşünülmüş və gələcəyə hesablanmış siyasət Azərbaycanı biri-birindən möhtəşəm uğurlara doğru aparır.
Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı Azərbaycanın bugünkü realıqlarında özünün aydın ifadəsini tapır. Müstəqil Azərbaycanın iqtisadi inkişafında və dünya birliyində layiqli yer tutmasında əhəmiyyətli rol oynayan neft hasilatı böyük tarixə malikdir. Bu gün Azərbaycanın iqtisadi inkişafında SOCAR-ın əhəmiyyətli rolu var. Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması SOCAR kimi nəhəng transmilli şirkətin yaranması zərurətini meydana çıxardı. Bu gün SOCAR neft və təbii qazın hasilatında, nəqlində, emalında və dünya bazarlarına çıxarılmasında mühüm funksiyanı yerinə yetirir. Hazırda SOCAR-ın uğurla həyata keçirdiyi layihələr onun modern beynəlxalq transmilli şirkət kimi nüfuz qazanmasında öz sözünü deyir. Yaradıcı kollektivimiz qəzetimizin təsisçisi olan SOCAR-ın çoxşaxəli fəaliyyətini daha geniş şəkildə ictimaiyyətə çatdırmağa çalışır və məmnunluq hissi ilə qeyd etməliyəm ki, bu məqsədinə nail olur. Ümummilli Lideri Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev təbii sərvətlərin beynəlxalq miqyasdakı əhəmiyyətini yüksək qiymətləndirərək artıq ölkəmizi dünyanın enerji təhlükəsizliyinin təminatında əsas söz sahibinə çevirib. Azərbaycanın hazırda etibarlı tərəfdaş kimi nüfuz qazanması neft strategiyasının uğurlu icrasının nəticəsidir. Bu gün Azərbaycan həm də dünya üzrə mühüm təbii qaz ixracatçısı kimi tanınır. Respublikamız hazırda 12 ölkəyə qaz ixrac edir. Təbii ki, bu, son deyil və həm ölkəmizin böyük potensiala malik olmasından, həm də səyləri birləşdirərək, təcrübə mübadiləsi apararaq əməkdaşlıq nəticəsində hədəflərə doğru inaimla addımlamasından irəli gəlir.
«İki sahil» bu reallıqların təbliğatçısı kimi daim fəaliyyətini genişləndirir. «Əsrin müqavailəsi»nin davamı olaraq «Yeni əsrin müqaviləsi»nin imzalanması, Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi və sair biri-birindən əhəmiyyətli qlobal layihələrin həyata vəsiqə alması Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların təqdimatlarıdır. Qəzetimiz hər zaman bu uğurları izləməklə yanaşı, onları əsaslı şəkildə oxucularına çatdırır. Təbii ki, SOCAR-ın fəaliyyəti həm təsisçi olaraq, həm də ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələr verən transmilli şirkət olaraq bizim üçün önəmlidir. Hazırda qəzetin hər bir sayında SOCAR-la yanaşı, şirkətin bütün strtukturlarının gördüyü işlər geniş şəkildə təbliğ edilir.
- Vətən müharibəsində Qələbəmizdən sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsini şərtləndirdi…
-Bəli, tamamilə doğrudur. Media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılması və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması əsas hədəflər sırasındadır. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edir. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman medianın qarşısında yeni imkanlar açdı. Yeni «Media haqqında» Qanunun qəbulu dövrün müasir çağırışlarını özündə ehtiva edir ki, «İki sahil» qəzeti də bu çağırışların yüksçk səviyyədə yerinə yetirilməsinə səy göstərir. Yeni çağırışlar, hədəflər inkişaf, tərəqqi deməkdir. Bu çağırışların yüksək səviyyədə cavablandırılması isə mətbu orqaplardan, eyni zamanda, jurnalistlərimizdən daha məsuliyyətli olmağı tələb edir. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır. «İki sahil» də bu rəqabətdə öz yerini qorumağa, daha da möhkəmləndirməyə çalışır.
- Bugünkü qəzet bolluğu şəraitində "İki sahil”in yerini qoruması hansı amillərə söykənir?
- Özünəməxsusluq məsuliyyət hissini daim öndə saxlayır. Məsuliyyətli olmaq, peşəkarlığı artırmaq, gənclərin yaşlı nəslin təcrübəsindən bəhrələnməsinə geniş imkanlar yaratmaq əsas tələblərdəndir. Ən əsası odur ki, hər bir jurnalist mətbuatın başlıca prinsiplərini qorumalıdır. Obyektivlik, qərəzsizlik, vətənpərvərlik hissinin artırılması əsasdır.
- Vüqar müəllim, bu gün hansı sahəyə müraciət etsək gənclərin böyük çoxluq təşkil etdiyini görərik. Dövlətimizin siyasətində gənslərin malik olduqları potensialdan səmərəli istifadə etmək bir çağırış kimi qarşıda dayanır. «İki sahil» gənc yazarların inkişafına necə yol açır?
- «İki sahil» daim yenililəşməyə, təkmilləşməyə maraq göstərir. Yeni dövrün yeni çağırışları olur ki, bu da öz növbəsində kadr məsələsini aktuallaşdırır. Təbii ki, hər il minlərlə məzunun olduğunu nəzərə alsaq, görərik ki, onlar arasında «İki sahil»i jurnalist fəaliyyətinin gələcəyi üçün ünvan seçənlər azlıq təşkil etmir. Təbii ki, nəzəriyyəni təcrübə ilə eyniləşdirmək mümkün deyil. Gənclərin biliklərini təcrübəyə tətbiq etmələri üçün yaşlı nəslin məsləhətlərinə, təcrübəsinə böyük ehtiyacı var. «İki sahil» bu sahədə bir məktəbdir. Bunu təbii ki, keçdiyimiz 34 illik yola söykənərək qeyd edirik. «İki sahil» həmişə peşəkar əməkdaşları ilə oxucularının görüşünə gəlib. Bundan daim böyük qürur hissi keçiririk. “İki sahil” qəzeti 34 illik tarixi ərzində böyük təcrübə əldə edərək, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoyub.
Mia.az ailəsi olaraq, həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!
Yolunuz daim açıq olsun, dostlar!
MİA.AZ
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə PUA təlimi başa çatıb
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTOLAR
Daha bir CHP-li bələdiyyə sədri vəzifədən kənarlaşdırıldı
“Sumqayıt” portuqaliyalı müdafiəçi ilə anlaşdı
Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb - FOTOLAR
Saşa İliçin köməkçiləri bəlli olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
DTX-dən mühüm əməliyyat: "vaqner"çilər tutuldu
Gəncədə evdən tibb bacısının meyiti tapıldı
Efirdə dava: "Get, babana təmiz bax, iİydən burada otura bilmirəm"
Braziliyadan ABŞ-a təhdid: "Oxşar cavabımız olacaq"
Avronun məzənnəsi 2.5 manat olacaq? - Mərkəzi Bankdan açıqlama
"Kimsə haray salıb keçmək istəsə, biz də haray salarıq" - Nazirdən şikayətlə maraqlı reaskiya
"Qalatasaray" "Milan"dan aldığı oyunçunu geri verir - Eyni qiymətə
Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri görüşüb - Nələr müzakirə edilib? + VİDEO, FOTOLAR (YENİLƏNİR)
"Arsenal" yarımmüdafiəçi transfer edib
SOCAR Türkiyə klubunun sponsoru olub
"Fənərbağça"nın gənc futbolçusu Avropa klublarının radarındadır
"Qalatasaray" qapıçı axtarışına davam edir
İsrail Qəzza zolağına 180 hava zərbəsi endirib - 24 saat ərzində
Bəxtiyar Hacıyev sözçü təyin edildi
Qəzzada 28 fələstinli həlak olub - 100-ə yaxın yaralanıb
Nəsimidə əməliyyat: Rahib Ələkbərli və Samir Xeyrullayev saxlanılıb
Sabahın hava proqnozu açıqlandı
Yaponiyada internet sürəti rekordu qırdı: "Netflix"in bazası 1 saniyədə 30 dəfə endirilir
Hindistanda sel: ölənlərin sayı 85-ə çatıb
Pakistanda sel: 11 nəfər ölüb, 20-dən çox itkin var
Fahrettin Altun yeni qurumun rəhbəri təyin olunub - Açıqlama
Trampa sui-qəsd cəhdi: Məxfi İdarənin 6 işçisi qovuldu
"Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil" - Emin Əmrullayev söz-söhbətə son qoydu
"Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil, biz uşaq bağçası idarə etmirik" - Nazirdən maraqlı açıqlamalar
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir - Müsahibə
Qanundan bixəbərlər… - Təbriz VƏFALI YAZIR
Rövşən Nəcəf OPEC beynəlxalq seminarında - FOTO
“Ege Hospital” ı 447 min manat vergi borcu var
Ağdərədə bir nəfər minaya düşüb - Birgə məlumat yayıldı (Yenilənib)
Azərbaycan neftinin qiyməti 76 dolları ötdü
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
HEYVANDARLIĞA BÖYÜK TƏHLÜKƏ: xüsusi yetişdirilən milyonlarla milçək təyyarələrdən havaya buraxılacaq - Bu, qarşısını alacaqmı?
CHP-li bələdiyyə sədrlərinə qarşı əməliyyat genişlənir - İstanbulda daha bir sədr "nişangah"a gəldi
İlham Əliyevin reytinqi ilə bağlı sorğu - STM nəticəni elan edib
Səlahəddin Dəmirtaş və "Kobani davası"nın iştirakçıları azad olunacaq? - Avropa Məhkəməsi qərar verdi, bəs Türk parlamenti?
Tramp daha 7 ölkəni "qaraladı" - Açıqlama