Yaxın Şərq qaynayır: "canlı bomba" ibadət zamanı kilsəni partladıb, 20 nəfər ölüb - FOTOLAR

img

23-06-2025 [08:25]


İsrailin İrana hücumundan sonra Yaxın Şərqdəki gərginlik daha da böyüyüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən Suriyanın paytaxtı Dəməşqdə üzərinə bomba bağlamış bir terrorçu ("canlı bomba") kilsəyə hücum edib.

Məlumata görə, "canlı bomba" Dəməşqin şərqindəki Duveyla bölgəsindəki Mar İlyas Rum Ortodoks Kilsəsinə daxil olaraq üzərindəki partlayıcını işə salıb: "İbadət zamanı həyata keçirilən terror aktında azı 20 nəfər ölüb, 50-dən yaralanan var. Kilsəyə böyük zərər dəyib".

Suriyanı sarsıdan hücumun ardından təhlükəsizlik qüvvələri bölgədə geniş əməliyyata başlayıb.

Suriya Daxili İşlər Nazirliyi hücumla bağlı açıqlama verib. Nazirlik hücumun İŞİD tərəfindən törədildiyini vurğulayıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:36 23.06.2025

Sabah yağış yağacaq