Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılıq və onun fəsadları” adlı tədbir keçirilib
22-06-2025 [21:34]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətində “Uşaqlara qarşı zorakılıq və onun fəsadları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Mia.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaqların hüquqlarının müdafiəsi, bu sahədə əməkdaşların peşəkarlığının artırılması, zorakılıq hallarının qarşısının alınması və cəmiyyətin bu istiqamətdə məlumatlandırılması olub.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, QHT rəhbərləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, təhsil və səhiyyə sahəsinin mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlara qarşı zorakılıq hallarının həm fiziki, həm də psixoloji baxımdan uzunmüddətli və dərin fəsadlara səbəb olduğunu vurğulayıb. O, çıxışında Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin əhəmiyyətini xüsusi qeyd edib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələrin uşaq hüquqlarının müdafiəsi, ailə institutunun gücləndirilməsi və zorakılıq hallarının qarşısının alınması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva tədbirdə çıxışı zamanı uşaqlara qarşı zorakılığın yalnız bir fərdin deyil, bütövlükdə cəmiyyətin problemi olduğunu bildirib. O qeyd edib ki, zorakılığın səbəbləri kökündə maarifləndirmə çatışmazlığı, sosial problemlər və ailədaxili münaqişələr dayanır. Zərifə Quliyeva vurğulayıb ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlərin əhatə dairəsi daha da genişləndirilməli, valideynlərin, müəllimlərin və psixoloqların birgə əməkdaşlığı gücləndirilməlidir.
Tədbirdə çıxış edən 119 nömrəli uşaq bağçasının müdiri Nərmin Rəşidli, 139 nömrəli uşaq bağçasının müdiri Aysel Məmmədova, 44 nömrəli tam orta məktəbin direktoru Əzizə Abbasova və 1 nömrəli uşaq poliklinikasının psixoloqu Həcər Gözəlova zorakılığın qarşısının alınması yolları, ailədaxili münasibətlərdə uşaqların qorunması, məktəb və icma səviyyəsində uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı təqdimatlar edərək, mövzu ətrafında geniş müzakirələr aparıblar.
Tədbir iştirakçıları uşaqların təhlükəsiz və zorakılıqdan uzaq mühitdə böyüməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə birgə fəaliyyətin və ictimai məsuliyyətin artırılmasının zəruriliyini qeyd ediblər.
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub