Qəzza yenidən bombalanıb - Ölən və yaralananlar var

img

23-06-2025 [12:49]


İsrail Qəzza zolağının müxtəlif bölgələrinə hücumu davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu Qəzza zolağının mərkəzində Netzarim dəhlizinin cənubunda, Səlahəddin küçəsində yardım paylama mərkəzinin yaxınlığına toplaşan insanlara atəş açıb: "İsrail qüvvələri yardım gözləyən fələstinliləri hədəf alıb. Nəticədə azı 2 fələstinli həyatını itirib, 35 nəfər yaralanıb".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:56 23.06.2025

Unun qiyməti açıqlandı

12:36 23.06.2025

Sabah yağış yağacaq