İsrail ordusu Livanda yaşayış evini partladıb

img

23-06-2025 [00:15]


İsrail ordusu Livana yenə hücum çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbçiləri işğalı altında olan Ayterun şəhərinin Cəbəl əl-Bat bölgəsində yerləşən bir evə bomba qoyaraq partladıblar: "Nəticədə ev tamamilə dağılıb".

Məlumatda dağılan evdə adam olub-olmaması haqqında informasiya verilməyib.

Xəbərdə o da deyilir ki, İsrail bununla yanaşı, örtən gündən başlayaraq, PUA-ları paytaxt Beyrut üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirməyə başlayıb: "Artıq belə təhdidvari uçuşların sayı intensiv xarakter alıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:36 23.06.2025

Sabah yağış yağacaq