18-08-2014 [18:56]
"Həbs olunanların ətrafında gedən polemikalar artıq müxalifətin barışmaz intriqa obyektinə çevrilib. Məsələnin belə bir səviyyəyə gətirilməsi isə əxlaqsızlıqdır!”.
Bunları SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan və ADP-nin, KXCP-nin, "Ümid”-in, VİP-in və s. müxalifət partiyalarının da təmsil olunduğu Müdafiə Komitəsinin tədbirlərinə AXCP tərəfindən qara piar kampaniyası aparılmasına münasibətini bildirərkən deyib.
ADP sədri bununla bağlı deyib ki, əgər onlar ayrılıqda özləri üçün müdafiə komitəsi yaradıblarsa, artıq onların digər müdafiə komitəsinin tədbirlərinə qatılmalarına ehtiyac yoxdur: "Mən sadəcə olaraq, müxalifətin bu cür məsələdə bir araya gəlməsinin vacibliyi haqqında demişdim. Ancaq indi sözümü geri götürürəm, lazım deyil, gəlməsinlər. Sadəcə, həbs olunanların müdafiəsi arxa plana keçib və ortada müəyyən məqamlara, maraqlara görə müxalifət partiyaları bir-biri ilə boğuşur. Mən açığını deyim ki, buna görə çox utanıram. Yəni burada heç kim Əli Kərimliyə demir ki, gəl sən də mütləq şəkildə bizə qoşul. Gəlmir, özü bilər. Daha burada bu qədər böhtana, şantaja, ayamaya, araqarışdıranlıq etməyə ehtiyac yoxdur. Məgər onların hansısa üstünlüklərimi var?! Gəlməsələr dünya dağılmayacaq, ya da gəlsələr dünya dağılacaq?! İndi bunlar gəlməmək üçün bəhanələr axtarırlar. Bu gün kimlərin Azərbaycanda intriqa apardıqları, hakimiyyətə işləmələri bəllidir. Belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğrudur”.
Sərdar Cəlaloğlu AXCP rəsmilərinin onların təmsil olunduğu Müdafiə Komitəsindəki partiyaları intriqant kimi qələmə verməsinə də münasibətini açıqlayıb: "Bizi intriqant kimi təqmi edənlər götürsünlər son iyirmi ildə hansı qurum və birliklərdə təmsil olunduqlarını sadalasınlar. Hansı ki, İctimai Palatada Müsavat Partiyası onlarla əməkdaşlq edib, Milli Şurada da eynilə. Biz "Azadlıq” Blokunda da bir yerə əməkdaşlıq etmişik. Yaxud biz ADP olaraq Ümid Partiyası ilə uzun illər əməkdaşlıq etmişik. Bəs bizi intriqa yaymaqda ittiham edən AXCP rəsmiləri fikirləşiblərmi ki, təmsil olunduqları hər br qurumda intriqanı elə özləri salıb?! Bunlar belədirlər də. Harada özləri varsa ora "həqiqi müxalifətdir”. Harada yoxdurlasrsa, ya da kimlər onlarla deyilsə, bu zaman həmin tərəflər "hakimiyyətə işləyən müxalifətə” çevrilir.
Ancaq unudurlar ki, həbs olunanların arxaında siyasi kapital toplamağa cəhdlər etmək əxalqsızlıqdır! Özlərinə siyasi divident qazanmaq üçün digərlərinə qarşı qara piar aparmaq da əxalqsızlıqdır! Bu bilirsiniz həm də nəyə oxşayır? Elə bil ki, gedirsən yasa və yas qalır bir kənarda, başlayırsan qiybət etməyə, qarın davası döyməyə. Bunlarınkı bax, budur!
Belə də ki, gəlmirsən cəhənnəmə gəl! Sənin imzan məgər kimlərinsə imzasından üstün-zaddır?! Yoxsa hər hansı xüsusi əhəmiyyətə-filana malikdir?! Ya da sən digər imza atanlardan hansı üstün əxlaqa maliksən ki, özünü qaldırıb qoymusan dağ başına?! Sən sevinmək yerinə ki, səni harasa dəvət etdirlər, bunun əvəzində özün haqqında bədgüman fikirlər yaradırsan”.
ADP sədri vaxtilə AXCP-ni öz tədbirlərinə çağrdığına görə peşman olduğunu deyib: "Mən daha öncə AXCP-ni bizim təmsil olunduğumuz müdafiə komitəsinin tədbirinə dəvət edərkən, oradakılar bundan narazı idilər. İndi buna görə peşmanam. Gərək ümumiyyətlə dəvət etməyəydim. Əli Kərimli də elə bilir ki, onun ora dəvət olunmasının arxasında kələk var. Ona görə də gəlmirsə, qoy cəhənnəmə gəlsin, vəssalam!”
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO