TRAMPDAN DÜNYANI ŞOKA SALAN ÇAĞIRŞ: "Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir" - Nə baş verir?
17-06-2025 [08:01]
“İran onlara imza atmağı dediyim Sazişi imzalamalı idi. Sadə dillə desək, İran nüvə silahına sahib ola bilməz".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp dedyib.
O, hazırda davam edən İsrail-İran arasındakı qarşılıqlı hücumda yaşanan itkilərə təəssüflənməklə yanaşı, Tehrana daha ağır zərbə vurulacağının anonsunu verib: “Dediyim kimi, İran söylədiyim müqaviləni imzalamalı idi. Çox təəssüf və bu, böyük insan itkisinə səbəb olur. İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm, Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir".
Onu da qeyd edək ki, hazırda G7 Liderlər Zirvəsi üçün Kanadada olan Tramp oradan da Tehran rejiminə sərt mesaj verib: “İranda nüvə silahı görmək istəmirəm və bunun üçün lazımi addımları atırıq".
CNN-ə danışan Ağ Ev rəsmisi Trampın “Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir” açıqlamasına belə izah verib: "Trampın bəyanatı İranın masaya gəlmək ehtiyacına hesablanıb".
ABŞ mediası isə Trampın bu bəyanat və G7 liderləri ilə nahara qatılmadan ölkəsinə dönmək planını ABŞ ordusunun İrana qarşı savaşa müdaxiləyə hazırlığının anonsu hesab edir.
Amerikanın Fox News kanalı Ağ Ev rəsmisinə istinadən bildirib ki, Tramp Kanadadan vaxtından əvvəl dönən kimi, yəni, bu axşam Ağ Evdə milli təhlükəsizlik məsələləri üzrə komandası ilə İrana müdaxilənin detallarını müzakirə edəcək.
Məsələyə Ağ Evdən hələlik heç bir münasibət bildirilməyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)
DÇ-2026: Türkiyə - Bolqarıstan matçının biletləri satışdadır - Ən ucuz bilet 36 manatdır
Mauro İkardi: "Özünə baxa bilməyənlər adama yol göstərməyə çalışır"
Yaşar Güler Bakıya gəlib
ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK! - Vahid Tağıyev yazır
"Soruşdum ki, axı bu “mentor” nə deməkdir?" - Rəşad Məcid
Mosul Hava Limanı 11 il sonra açıldı