Mirmahmud Mirəlioğlu: “Kim nə fikirləşirsə, özü bilər”

img

18-08-2014 [18:56]


"Mirmahmud Mirəlioğlunun sədri olduğu Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarında iştirak etməməyimlə bağlı suala heç bir cavabım, bu məsələ ilə bağlı heç bir şərhim yoxdur”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli söyləyib.
KXCP sədri M.Mirəlioğlu isə APA-ya açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin son toplantısında C.Həsənli ilə bu məsələ ilə bağlı söhbət etdiklərini söyləyib. Ancaq o, söhbətin məzmununu açıqlamayıb: "Kim gələrsə, gələcək, gəlməyəcəksə, gəlməyəcək. Hansısa tədbirdə iştirak etmək hər kəsin öz işi, öz hüququdur”.
M.Mirəlioğlu bu gün C.Həsənli və hüquqşünas Vidadi Mirkamalın həmsədrliyi ilə yaradılan Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin Müdafiə Komitəsinin də Birləşmiş Hüquq Müdafiə Mərkəzinə alternativ olmadığını iddia edib: "Mən də bugünkü tədbirdə çıxış və iştirak etdim. Birləşmiş Hüquq Müdafiə Mərkəzi siyasi partiyaların dəyirmi masa tipli mərkəzidir. Birləşmiş Hüquq Müdafiə Mərkəzi Müdafiə Komitəsinə, Müdafiə Komitəsi də Mərkəzə mane olmur. Sadəcə, onları bir-birinə alternativ saymaq istəyənlər var”.
Bəzi fərqlər istisna ilə hər iki qurumda əsasən eyni insanların, eyni siyasi partiyaların təmsilçilərinin yer alması ilə bağlı təəssüratla razılaşmayan M.Mirəlioğlu bundan sonra Müdafiə Komitəsinin toplantılarında iştirak edib-etməyəcəyi barədə suala da qeyri-müəyyən cavab verib: "Məsləhət olacaq, iştirak edəcəyəm, məsləhət olmayacaq, iştirak etməyəcəyəm. Əslində Müdafiə Komitəsinin İşçi Qrupu var, işləri onlar görür”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA