“Sabah”ı avrokubok oyunlarına kim aparacaq? - Berezutski postundan getdi, arxada isə böyük sirlər buraxdı
16-06-2025 [09:35]
“Sabah” Futbol Klubunun (FK) baş məşqçisi Vasili Berezutski iyunun 14-də qəfil işindən ayrılıb.
Mia.az xəbər verir ki, klubun yaydığı rəsmi məlumatda baş məşqçinin ailəvi problemlərə görə işdən çıxdığı öz əksini tapıb. İddiaya görə, arvadı Olqa Berezutskinin səhhətində problemlər var.
Baş məşqçi ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Brezutski “Sabah”a öz tarixində Azərbaycan kubokunu qazandıran adamdı. Baxmayaraq ki, klub Premyer Liqada mövsümü 5-ci pillədə 48 xalla başa vurmuşdu. Məhz Berezurskinin rəhbərliyi altında klub kubok finalında “Qarabağ”a sürpriz bir şəkildə qalib gəldi. Qarşıda “Sabah”ı prestijli avroliqa oyunları gözləyirdi. Berezutski məhz belə əhəmiyyətli vaxtda çıxıb getdi.
Nə olduğunu heç kim bilmir. Ailəvi məsələ deyirlər, o, da belə qəfil gediş üçün səbəb ola bilməz, məncə. Çünki Berezutskinin arvadı Olqa çoxdandı, müalicə alır, elə ciddi xəstəliyinin olmadığını yazırlar.
Berezutski “Sabah”a təyinat alanda xanımı elə İspaniyada xəstəxanada onurğa problemi ilə bağlı müalicə alırdı, öz bloqunda xəstəxana ilə bağlı məzəli paylaşımlar edirdi. Nə oldu, Berezutskinin indi yadına düşdü ki, arvadı xəstədi?
Bu işdə bir iş var, deməkdən özünü saxlaya bilmirsən, əlbəttə.
Elə “Sabah”ın icraçı direktoru Ramin Həsənov da müəmmalı açıqlama verərək Berezutskinin qərarının “onlar üçün sürpriz olmadığını, baş məşqçinin bununla bağlı çox düşünüb-daşındığını, getmək planı qurduğunu” söyləməsi adamı istər-istəməz şübhəyə salır. Yəni, kuboku əldə edəndən bir gün sonra baş məşqçi ilə müqavilənin uzadıldığını söyləyənlər, 2 həftə sonra niyə onu yola salsın ki? Nə ailə məsələsi?
Görəsən, Berezutski dirəşib kuboku almaqla kimlərinsə hansısa planlarımı pozuldu? “Aldanmış kəvakiv” olmaq istəmədi bəlkə o da, Asif Bağırov və Cavid Hüseynov kimi?
Berezutski ilə birlikdə çox güman ki, onun köməkçiləri Dmitri Smirnov və Aleksandr Naqornı da gedəcək. Düzdü, onların müqaviləsi elə əvvəldən Berezutskiyə bağlı idi. Amma məlumata görə, Berezurskinin “dəstə”sindən “Sabah” nədənsə yalnız Aleksey Antonyuku klubda saxlayacaq. “Krasnodar” klubunun qapıçılar üzrə keçmiş baş məşqçisi hələ ki, “Sabah”da işinə davam edir.
Berezutski təyin olunan gündən mənə çox iddialı göründüyü üçün onu izləyirdim desəm, səmimi olaram. “Sabah”ın ondan əvvəlki iddiadan daha çox təkəbbürlü baş məşqçisi Krunoslav Renduliçi belə geridə qoymuşdu Berezutski. Düzdü, Premyer Liqa klublarının arasında ən varlı klub olan “Sabah”ı çalışdırmaq adamda istər-istəməz bir təkəbbür yaradır.
Yeri gəlmişkən, “Rusmeylli” sayılan Masazır klubu 2017-ci il sentyabrın 8-də “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynov tərəfindən yaradılıb və Y.Hüseynov həmçinin klubun Müşahidə şurasının sədridi.
“Sabah”ın təkcə 2024-cü ildə büdcəsi 27 milyon manat olub. Bu, böyük rəqəmdi.
Bəs belə imkanlı kluba gələn Berezutski özü kim idi ki? “Sabah”la 2,5 illik müqavilə bağlayan, MOİK Moskva FK-nun və Rusiya millisinin müdafiəçisi olan 42 yaşlı Berezutski buna qədər Rusiyanın MOİK Moskva FK və “Krasnodar” FK-da, Niderlandın “Vitessa” FK-da və Çinin “Şanxay Şenxua” FK-da məşqçi heyətində olub. O, “Sabah”da baş məşqçi kimi özünü ilk dəfə sınayırdı. Onun Azərbaycandakı fəaliyyəti, baş məşqçi kimi ilk debütü Rusiya məkanında maraqla izlənilirdi. Hətta kuboku qazanandan sonra buna reqion idman klubları arasında ilk reaksiya verən də elə MOİK Moskva oldu. Onlar “Kubok Azerbaydjana, toje armeyskaya!” yazaraq Berezutskinin MOİK şinelindən çıxdığını xatırlatmağı unutmadılar.
Berezutskinin “Sabah”ının kuboku alacağı deyəsən, ən son ağla gələn versiya idi bizim idman məkanında. Unutmaq olmaz ki, “Qarabağ”ın qələbəsindən həm də “Turan-Tovuz” asılı idi, onun da avrokubok oyunlara yolu açılırdı. Hərçənd bizim qumarabənzər futbolumuzda meydanlarda hər kəsin taleyinin həll olunduğuna mən uşaq kimi inanmaq istəmirəm, amma “Sabah”ın kubok oyunu həqiqətən həyəcanlı idi.
Yeri gəlmişkən, mən hər fürsət düşəndə “Qarabağ”ı çalışdıran Qurban Qurbanovdan “Sabah”ın oyununu şərh etməyi xahiş etmişəm, adam da ehtiyatla cavab verib mənə. Rus məşqçi bir də Q.Qurbanova hörmətsizliyi ilə mənim yadımda qalıb. Yekəxanalıq da deyə bilərəm bu hərəkətə. “Qarabağ”la Premyer Liqa oyunlarından birində oyun sonrası protokola uyğun olaraq Qurbanovun əlini sıxmaq əvəzinə üzünü yana çevirib getmişdi. Qurbanov pərt halda bir neçə dəfə onun tərəfə baxsa da, Berezutski onu eyninə almayaq stadionu tərk etmişdi.
Yenə Berezutskinin kluba gəldiyi vaxtı yada salmaq istəyirəm. Keçən il noyabrın sonu idi, qış tətilinə 4 tur qalırdı və “Sabah” 7 oyun dalbadal uduzmuşdu. Mən düşünürdüm ki, “Sabah” mövzümün sonuna qədər özünü toparlaya bilməyəcək, necə ki, “Neftçi” toplaya bilmədi, Berezutski də sadəcə, məğlubiyyətlərə görə “günah keçisi” elan ediləcək və mövsümün sonunda da çıxıb gedəcək. Amma 2,5 illik müqavilə az şey demirdi adama. Belə uzun müddətli anlaşma ona işarə edirdi ki, “Sabah”ın rəhbərliyi Berezutskiyə inanır.
Bu ilki Premyer liqa “Sabah”ın 7-ci mövsümü idi və Berezutski klubun sayca 7-ci məşqçisi idi. Hər mövsümə necə deyərlər, bir məşqçi düşür. Onlardan da 5-i əcnəbi və 3-ü rusmeylli. Zarafat deyil, hər yeni məşqçi gələndə struktur dəyişir, kadrlar yenilənir. Bütün bunlar da maliyyə itkisi deməkdi.
Gələk Berezutskinin ailə məsələsinə. Həmin vaxtda yuxarıda dediyim kimi, baş məşqçinin arvadı Olqa İspaniyada müalicədə idi. O.Berezutskaya oraya gedəndə əri hələ Çin klubunda idi, Azərbaycana gəlməmişdi.
Ümumiyyətlə, xanım Berezutski ictimaiyyətdə tanınmış adamdı: “Vintaj” qrupunun keçmiş solisti, xoreoqrafı və prodüsseri olub, sinxron üzgüçülük üzrə dünya çempionudu, hazırda da aktiv bloqerdi, həmçinin mental və emosional idman üzrə trenerdi. Uşaqlıqdan müxtəlif xəstəliklər, o cümlədən ikitərəfli pnevmoniya, astma, allergiyanın ağır formasından əziyyət çəkib. Hətta uşaq vaxtı 2-ci qrup əlil olub. Onun hazırkı onurğa rahatsızlığı Berezutskiyə sürpriz deyildi. İndi bu xəstəlik səbəbiylə qəfil çıxıb getməsi də adamda istər-istəməz sual yaradır.
Ağlıma belə versiya gəlir ki, Berezutskinin rəhbərliyi altında “Sabah”ın avrokubok oyunlarına getməsini bizimkilər məqbul hesab etməyib. Berezutskinin hələ kubok sevincini MOİK-də belə canfəşanlıqla alqışlamışdılar. Avrokubok oyunlarda qazanılan qələbələrdə neyləcəklər? Bizimkilərə “bir rus”un qələbəsi münasib gəlmədimi yoxsa?
Yaxud, bəlkə Berezutskinin özünün düşünülmüş planı vardı?
Məsələn, MOİK də indi məşqçisiz qalıb... Berezutskinin sorağı oradan gəlməyəcəkmi, sizcə? Üstəlik, o gün MATÇ.TV deyirdi ki, Berezutskinin arvadı MOİK-dən iş təklifi alıb. O, klubun telekanalının aparıcı olacaq. Xanım özü də bloqunda “iş təklifi gözlədiyini” gizlətməyib.
Uzun sözün qısası, Allah bütün xəstələrə şəfa versin.
Roman Qriqorçuk kimi, Azərbaycan klublarını arada nəfəs alıb, vaxt keçirmək üçün “ostanovka” hesab edən insanlardan da futbolumuzu uzaq eləsin.
Olan bizə olur, çünki.
“Sabah”ın görək, bir mövsüm içində 2-ci, bu 7 illik tarixində isə 8-ci baş məşqçisi kim olacaq.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və Rusiya Cənubi Qafqazda sövdələşdi, bəs Ukraynada? - Zelenskinin taleyini həll edəcək cavab nə olacaq?
Yazıçı Vidadi Babanlı vəfat edib
Tramp Avropa liderləri ilə danışıb - Ukraynaya NATO çətiri altında təminat veriləcək?
Sabah rayonlara dolu düşəcək
Azərbaycan təyyarə və helikopterləri təlimdə - VİDEO
ÜÇ NƏFƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ, ONLARA İSƏ... - Prezident bu şəxsləri təltif etdi
Rəsmi Bakı Pakistana başsağlığı verdi
Xəzər dənizində zəlzələ olub
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Donald Tramp Zelenski ilə zəngləşib - Uzun müzakirə aparılıb
Azərbaycan nefti bahalaşıb
Tovuz rayonunda zəlzələ olub
Goranboyda əkin sahəsində yanğın törədən şəxs cəzalandırılıb
DÜNYANIN GÖZÜ ALYASKADA: Putinlə Tramp 6 il sonra belə görüşdü, otaqda isə pərtlik yarandı - 3 saata yaxın çəkən görüş bitdi + VİDEO, FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Sabah” FK-nın baş məşqçisi azarkeşlərə “mədəniyyətsiz” dedi - Qorxaq futbolçuların Avroliqa oyunlarında sabahı olmaz (VİDEOLAR)
Tramp Rusiya ilə ərazi mübadiləsini mümkün saydı: "Ukraynaya zəmanət verilə bilər, ancaq..."
İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub - SİYAHI
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Beşiktaş" klubu Taylan Bulutu İstanbula dəvət edib
Qəzzada daha 18 mülki şəxs öldürülüb
Qod Nisanov oğluna toy edir
Ağdərənin Vəngli kəndinə də ilk köç olub - 22 ailə yerləşdirildi
"Leyptsiq" Romulonu transfer edib
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Nazım Hikmətə aid arxiv sənədi yayılıb - FOTO
Balıkəsirdə yenə zəlzələ oldu - 4,3 bal gücündə
Lavrov Alyaskada: "Trampla görüşün uğursuzluq ehtimalı..."
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İsmayıllı rayonunda çətənə kolu yetişdirən şəxs həbs olunub
Lavrov "СССР" yazılı köynəklə Alyaskada - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul, Ankara, İzmir... - Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz-üzə
Ağdərənin Kolatağ kəndinə ilk köç olub - 89 nəfər yola salınıb
"Beşiktaş" Fahri Kerem Ay ilə bağlı məlumat yayıb
Jurnalistlərin binasında "hoqqa verən" "CityNet” KATV1-i də cənginə aldı - Məşhur şirkət niyə satılıb?
"Kocaelispor" polşalı yarımmüdafiəçi ilə müqavilə imzaladı
Baş nazirin müavini: "Biz Paşinyanı yenidən Rusiyada gözləyirik"
"Eyüpspor" Berke Özerlə bağlı xəbər yayıb