Mia.az-ın əməkdaşı media müsabiqəsinin mükafatçısı oldu - FOTO
13-06-2025 [09:04]
Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri dünən mükafatlandırılıb.
Mia.az-ın məlumata görə, müsabiqə qaliblərinin arasında mia.az saytının əməkdaşı Zülfiyyə Mustafayeva da var. O, 2-ci yerin qalibi olaraq diplom və pul mükafatı ilə təltif edilib.
Əməkdaşımızın yazısı şəbəkə ticarətinin ərzaq təhlükəsizliyinin təmin edilməsində yerini və rolunu, ölkəmizin bu sahədə həyata keçirdiyi strateji siyasəti, beynəlxalq təcrübəni, ticarət şəbəkələrinin kiçik və orta sahibkarlığın inkişafına verdiyi dəstəyi, həmçinin şəbəkə marketlərinin fəaliyyətində qarşıya çıxan nöqsanları, bunlardan çıxış yollarına dair təklifləri özündə əks etdirib.
Əməkdaşımızın bildirdiyinə görə, o, uzun illərdən sonra ilk dəfə müsabiqədə iştirak edib və obyektiv, qərəzsiz qiymətləndirmə üçün təşkilatçılara təşəkkürünü bildirir: “Az qala 20 il vardı ki, mən belə müsabiqələrdən özümü uzaq tuturdum. Ona görə yox ki, kimdənsə, nədənsə küsmüşdüm. Sadəcə, səhhətim imkan vermirdi ki, ürəyim istəyən zaman yazı-pozuya vaxt ayırım. Bu müsabiqə elanı təsadüfən qarşıma çıxdı. Qalib gəlmək niyyəti tutmadan yazdım. Düzdü, ticarət şəbəkələrinin fəaliyyətinə dair mövzu ara-sıra gündəmimizdə olurdu. Amma bu sahədə ilk dəfə idi ki, geniş araşdırma aparmaq təklif edilirdi. Jurnalist araşdırması indi mediada çox az-az qabağımıza çıxır. Bu sahədə açıq bir durğunluğun olduğunu etiraf edirik.
Xüsusulə nəzərə alsaq ki, operativ informasiya yaymaq tendesiyası içindəyik, araşdırma jurnalistikasının arxa plana keçməsi də bəzən bizə təbii gəlir. Amma jurnalistikanın əsas prinsiplərindən biri də tədqiq etməkdi. Çox sevinirəm ki, ara-sıra özümüzü silkələyib hansısa mövzuları saf-çürük etməyi yadırğamamışıq. İşin ucunda həm də maddi marağın olması məsələyə bir ayrı rəng qatır. Müsabiqənin obyektiv qiymətləndirilməsi və mediaya dəstək üçün bütün təşkilatçılara – Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB), Veysəloğlu Şirkətlər Qrupu, Medianın İnkişafı Ağentliyinə, münsiflər heyətinə dərin təşəkkürümü bildirirəm”.
Ləman
Mia.az
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?