Xəstəxanaya yerləşdirilən rejissor: “Ömrü boyu da belə yaşayacağam ”

img

18-08-2014 [14:42]


Tanınmış rejissor Rövşən Almuradlının xəstəliyi təkrar müayinə zamanı müəyyənləşdirilib.

Rejissor AzNews.az-a açıqlamasında bildirib ki, bir neçə gün əvvəl səhhəti pisləşib və 1 saylı Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər ona infarkt təhlükəsi ilə qarşılaşdığını və müalicənin davam etdirilməsinin vacibliyini deyiblər.

R. Almuradlı Mərkəzi Klinik Xəstəxanada aparılan təkrar müayinə zamanı ilə səhhətindəki vəziyyətin heç də qənaətbəxş olmadığı bəlli olub: "Burada məlum oldu ki, əslində mən artıq infarkt keçirmişəm və ürəyimdə çat əmələ gəlib. Yəni artıq ürəyimdə çat var. Ömrü boyu da belə yaşayacağam”.

Rejissor deyib ki, həkimlər müalicənin davam etdirilməsi və bundan sonra da zəruri prosedurların nəzərə alınmasını söyləyiblər: "Ömrü boyu ürəyimə nəzarət etməliyəm. Amma cərrahi əməliyyata ehtiyac yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq