Üç müdafiə naziri Naxçıvanda

img

18-08-2014 [13:28]


Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəliblər.

Günün ikinci yarısında Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.

Avqustun 19-dək davam edəcək səfər zamanı Müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA