Cəmil Həsənli: “Bu gün bəzi məsələlər öz həllini tapacaq”

img

18-08-2014 [12:00]


"Bu gün bəzi məsələlər öz həllini tapacaq. Komitəyə kimin rəhbərlik edəcəyi də aydınlaşacaq”. Bunu AzNews.az-a Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyib.

Onun sözlərinə görə, bu gün Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunusun Hüquqlarının Müdafiə Komitəsinin iclası keçiriləcək: "Həmin yığıncaqda bəzi məsələlərlə bağlı mühüm qərarlar veriləcək. Kim istərsə gələ bilər”.

A.Yunusun qardaşı Ramis Yunusun ona etimad göstərməsini xatırladan C. Həsənli bildirib ki, istənilən halda Leyla və Arif Yunusların müdafiəsini təşkil edəcəkmiş.

Qeyd edək ki, Arif Yunusun ABŞ-da yaşayan qardaşı Ramis Yunus bəyanatla çıxış edərək, Leyla və Arif Yunusun müdafiə komitəsinin rəhbərliyini ailə adından Milli Şuranın sədri Cəmil Həsənliyə həvalə edildiyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA