Arda Turan türk futbolçunu "Şaxtyor"a aparır

Arda Turan türk futbolçunu "Şaxtyor"a aparır

İDMAN

02.06.2025, 07:34

Ukraynanın "Şaxtyor Donetsk" klubunun baş məşqçisi vəzifəsinə təyin olunan Arda Turan yeni komandasına ilk transferini Super Liqadan etməyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun istəyi üzrə Ukrayna klubu "Fənərbağça”nın və millinin oyunçusu İsmail Yükseklə təmasa keçiblər.

Məlumata görə, artıq 26 yaşlı İsmail Yüksekin transferi üçün klubla ilkin fikir mübadiləsi aarılıb.

Xəbərdə o da deyilir ki, İsmail ilə bu mövsüm Bundesliqaya yüksələn "Köln"lə Fransanın "Marsel" klubları da yaxından maraqlanırlar...

Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR