Odessada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi qeyd olunub - Kimlər çıxış edib? + FOTO
29-05-2025 [09:34]
Dünən Odessada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi qeyd olunub.
Mia.az-ın məlumatına görə, "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının təşkilatçılığı ilə təşkil olunan tədbirdə təşkilatın idarə heyəti üzvləri, yerli qonaqlar və soydaşlarımız iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib. Sonra hər iki ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin moderatorluğunu edən Ukrayna vəkillər kollegiyasının üzvü, hüquqşünas Aydın Əliyev cümhuriyyət tarixinə qısa ekskursiya edib və ADR mövcud olduğu zaman insan haqqlarına xüsusi önəm verildiyini, hətta 20-ci əsrin əvvəlində şərq ölkəsində qadınların seçmək və seçilmək hüququnun tanındığını xüsusi vurğulayıb.
"Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Cəlil Astanov bütün qonaqları salamlayıb və 107 il öncə yaranan Azərbaycan dövlətinin sükanının bu gün də prezident İlham Əliyevin timsalında əmin əllərdə olduğunu və artıq dünyada söz sahibi olduğunu qeyd edib.
Odessa İqtisad universitetinin keçmiş rektoru, professor Zveryakov Mixail İvanoviç Azərbaycan- Ukrayna dövlətlərarası münasibətlərdən, dövlətlər və xalqlar arasında dostluq əlaqələrinin tarixindən danışıb. Natiq mərhum dövlət başçısı Heydər Əliyev dönəmində bu əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.
Keçmiş xalq deputati Aleksandr Semyonoviç Presman Azərbaycanın qüdrətli orduya sahib dövlət kimi Qafqazdakı hegemon rolunu xüsusi vurğulayıb və tədbir iştirakçılarını ərazi bütövlüyümüzün bərpası münasibətilə təbrik edib.
Ondan sonra çıxış edən Odessa rayon radasinin sədri Barvenenko Vitali Dmitriyeviç də cümhuriyyət bayramı münasibətilə azərbaycanlıları təbrik edib və Odessada yaranacaq Azərbaycan parkı üçün əllərindən gələn dəstəyi göstərəcəklərini nəzərə çatdırıb.
Demək olar ki bütün çıxışçılar sözlərinə "Slava Azerbaycanu", "Slava Ukraine" kəlmələri ilə bitiriblər.
Əfqan milli-mədəni birliyinin sədri Nuri Əzim xalqlarımızın dost olduğunu və 1992-ci ildə əfqan gənclərin erməni hücumlarına məruz qalan Azərbaycanı müdafiə etmək üçün könüllü şəkildə vətənimizə yola düşdüklərini xatırladıb.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən xeyli soydaşını şəxsən tanıdığını söyləyib.
Ağsaqqallar şurasının sədri Hacı Namiq 28 may gününün xalqımızın müstəqillik və dövlətçilik tarixində önəmli rolunu qeyd edib və tezliklə ikinci vətənimiz Ukraynada sülh və əmin-amanlıq olması üçün dualar etdiyini vurğulayıb.
"Birlik" təşkilatının sədr müavini Anar Natiqoglu Məmməd Əmin Rəsulzadənin başçılığı ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk öncə Tiflisdə elan olunduğunu sonra isə Gəncəyə köcdüyünu xatırladıb:
"Qürurverici haldır ki ilk paytaxtımız Gəncə və Odessa qardaşlaşmış şəhərlərdir. Mən həm də ilk dövlətimizin iki naziri, Nəsib bəy Yusifbəyli və Xosrov və Sultanovun məhz Odessada indiki İ.İ.Mecnikov adına universitetdə təhsil aldıqlarını qeyd etmək istərdim". Sonra tədbirdə iştirak edən gənclər və digər qonaqlar da təbrik və arzularını qeyd ediblər.
Samir
MİA.AZ
Çempionlar Liqası: "Qarabağ” Almaniya komandası ilə "döyüş"ə çıxacaq
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslərin dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz
Tramp və İlham Əliyev bir-birlərinə məktub göndərib - MƏTN
Çempionlar Liqası: “Qarabağ”ın oyununa 26 mindən çox bilet satılıb
"SOCAR Türkiyə" daha bir əməkdaşlıq sazişi imzalayıb - Açıqlamalar
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO