Türkiyə ordusunda FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı

img

23-05-2025 [10:49]


Başda İstanbul olmaqla, Türkiyənin 36 şəhərində yerləşən hərbi qurumlarda əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu yazılı açıqlama yayıb.

Bildirilib ki, əməliyyatla ümumilikdə həqiqi hərbi xidmətdə olan 63 nəfər saxlanılıb, onlardan 56-sı haqqında həbs tədbiri seçilib.

Məlumatda deyilir ki, bu əməliyyatlar Türkiyə Silahlı Qüvvələrində hələ də deşifrə edilməmiş təşkilat üzvlərinə qarşı planlanmış əməiyyatın davamıdır.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA