İsa Qəmbər Azərbaycan iqtidarını kəskin tənqid etdi - Audioyazı

img

15-08-2014 [11:46]


Müsavat başqanı İsa Qəmbər ölkədə baş verən son həbsləri, ictimai-siyasi durumu dəyərləndirir və sualları cavablayır.

«ETİRAZ EDƏN İNSANLARI SIRADAN ÇIXARMAQLA DİGƏRLƏRİNİ DƏ SUSDURMAQ İSTƏYİRLƏR»

«Biz proseslərə açıq şəkildə münasibət bildirmişik. Son həbsləri Əliyev rejimi ilə demokratik qüvvələrin həlledici mübarizəsi hesab edirəm. Siyasi partiyalara, jurnalistlərə, QHT-lərə hücumlar davam edir. Hakimiyyət demokratik düşərgəni sıradan çıxarmaq istəyir. İlham Əliyev rejimi ölkəni istismar edir. Rüşvətxor, korrupsioner bir rejim var. İstəmirlər ki, fərqli mövqe qoyan olsun, etiraz edən olsun. Müstəqil, fərqli düşünən insanları sıradan çıxarmaqla digərlərini də susdurmaq istəyirlər. Hakimiyyətin məqsədi budur. Buna görə həbslər həyata keçirilir».

«SİYASİ MƏHBUSLARIN MÜDAFİƏSİNİ MONOPOLİYAYA ALMAMIŞIQ»

«Müsavat Partiyası olaraq, siyasi partiyaların birləşməyinə aydın bir yanaşmamız var. Biz bütün siyasi qüvvələrin bir təşkilatda birləşməyini uğurlu saymırıq. Bu birlik seçkiöncəsi və müəyyən ictimai-siyasi proseslərdə funksional əməkdaşlıq şəklində ola bilər. İndi də siyasi məhbusların müdafiəsinə qalxmalıyıq. Biz siyasi partiyaları bu məsələdə fəallaşdırmağa çalışırıq. Siyasi partiyalar müdafiə işini önə çıxarmalıdırlar. Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi yaradıldığı deyilir. Bu komitə varsa, sədri kimdir? İclasları nə vaxt keçirilir? Keçirilibsə, niyə Müsavat Partiyasına xəbərdarlıq edilməyib. Bizim çəkişmək fikrimiz yoxdur. Hesab edirik ki, hər kəsin bu məsələdə iştirakı vacibdir. Siyasi məhbusların müdafiəsini monopoliyaya almamışıq. Ağlabatan ideyalar olacaqsa, dəstəkləyəcəyik, olmayacaqsa, özümüz müəyyən təşəbbüslər irəli sürəcəyik».




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA