Daha bir ölkə 35 diplomata atəş açılmasını qınadı: "Təcili izahat tələb etdik"

img

22-05-2025 [07:37]


Niderland Krallığı İordan çayının qərb sahilinin Cenin şəhərində aralarında özlərinin diplomatının da olduğu nümayəndə heyətinə İsrail əsgərlərinin atəş açması barədə bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda bu fakt qınanılıb.

Xarici işlər naziri Kasper Veldkamp bildirib ki, bu hadisə qəuledilməz haldır və qətiyyətlə pislənilir: "Biz bu məsələ ilə bağlı İsraildən təcili  izahat tələb etdik. Diplomatlar öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirə bilməlidirlər, onların təhdid edilməsi qəbuledilməzdir. Bu hücumdan sonra Fələstindəki nümayəndəmiz və İsraildəki səfirimizlə danışdım. Heyət üzvlərimiz zərər görməyib..."

Xatırladaq ki dünən Cenini ziyarət edən 35 diplomata atəş açılıb.

Fələstin xarici işlər nazirinin müavini Əhməd əd-Dik bu fakta belə münasibət bildirib: "İsrail bununla xarici diplomatik heyəti qorxutmaq istəyirdi...".
 
Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 22.05.2025

Xəzərdə zəlzələ olub