"İcra başçısı özüm olacam" - Partiya sədri

img

15-08-2014 [00:29]


Müasir Müsavat Partiyası (MMP) partiya üzvlərinin Qarabağda könüllü döyüşməsi üçün Müdafiə Nazirliyinə müraciət edib.


Bunu Lent.az-a açıqlamasında partiyanın sədri Hafiz Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, partiyanın 1000 nəfər üzvü cəbhə xəttinə getmək istəyir: "Biz 1000 nəfərin siyahısını tutmuşuq. Onların arasında Əfqanıstanda və Qarabağda vuruşmuş insanlar var. Oğlumu da götürüb döyüşə getmək üçün müraciət etmişəm. Hərbi geyim də sifariş vermişəm. Eyni zamanda müxalifət də daxil olmaqla bütün siyasi partiyaları çağırıram ki, bu məsələdə həmrəy olaq”.

H. Hacıyev deyib ki, silahdan istifadə etməyi bacarır, eyni zamanda erməni dilini də bilir: "Xankəndi azad olunandan sonra oranın qubernatoru, icra başçısı özüm olacam. Öz torpağımızdır. Ermənilər də idarəçiliyimiz altında işləyərlər işləyərlər, işləməzlər də qovalayarıq çıxıb gedərlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA