Bu gün 11 rayonda qaz olmayacaq

img

13-08-2014 [12:19]


Bu gün saat 18.00-dək Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qazın verilişində məhdudiyyətlər təmir-quraşdırma işlərilə əlaqədardır.

Belə ki, Ağdaş və Zaqatala rayonlarına, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar isə saat 13.00-dək Bakının Nərimanov rayonunda təbii qazın verilişi dayandırılacaq.

Bundan başqa, saat 17.00-dək Kürdəmir və Abşeron, saat 18.00-dək Xaçmaz, Binəqədi, Sabunçu və Xətai, saat 19.00-dək Qaradağ, işlər başa çatanadək isə Nizami rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA