Almaniyanın yeni kansleri ABŞ Prezidenti ilə telefon danışığı aparmağı planlaşdırır

img

07-05-2025 [14:58]


Dünən Almaniya kansleri seçilən Fridrix Merts mayın 8-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq.

O, bunu ZDF telekanalına müsahibəsində deyib.

"Cümə axşamı ABŞ Prezidenti ilə telefon danışığı aparacağam. Biz şəxsən tanış deyilik. Ən geci iyunda Haaqada keçiriləcək NATO sammitində, ya da daha tez tanış olacağıq. Açıq söhbət edəcəyik. Mən təkcə Almaniyanın deyil, həm də Avropa İttifaqının mövqeyini çatdıracağam", - kansler bildirib.

Qeyd edək ki, dünən F.Merts Bundestaqda Almaniyanın 10-cu kansleri kimi and içib./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 07.05.2025

Sabah yağış yağacaq