Qaraçöpdə ziyalılar və incəsənət ustalarının iştirakı ilə dostluq bayramı - FOTOLAR

img

12-08-2014 [22:53]


O gün qədim-qayım Qaraçöp ellərinin üzü gülürdü. Ana torpaq sinəsini geniş açıb doğma oğullarının nəfəsini bir az da yaxından hiss etmək istəyirdi. Dağların daşların qırışığı açılmışdı. Sular bir az da şövqlə axır , çiçəklər üstünə qonan kəpənəklər də qanad qatlamırdılar.


Bu xəbəri el-obaya hamıdan tez yaymaq istəyirdilər elə bil. O gün bir başqa bir gün idi. Şir biləkli igid oğullar ana yurdu ziyarətə gəlmişdi. Elatın ən xoş günü idi. Doğma Gürcüstandan, Anamız Azərbaycandan , Canımız Türkiyədən əziz müsafirlərinə xoş gəldin söyləyirdi Qaraçöp.


Türkiyənin "Aydin Səs” qəzetinin köşə yazarı Hakim Zebarların təşkilatçılığı ilə Gürcüstanın Saqareco rayonunun Qaraçöp (Yor- Muğanlı) kəndində reallaşan bu tədbir təkcə musiqi ,sənət, söz bayramı deyildi. Doğrudur, tədbirə Bakıdan, Gürcüstanın müxtəlif yerlərindən təşrif buyuran incəsənət adamları Qaraçöplülərə xeyli gözəl musiqili anlar yaşatdılar. Lakin eyni zamanda Gürcüstandakı azərbaycanlı kəndlərinin gün-güzəranı, ağrı və problemləri də bu tədbirdə layiqincə işıqlandırıldı.


Tədbir bir neçə gün bundan əvvəl erməni silahlılarının atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun döyüşçülərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanması xüsusi ilə kənd camaatının və qonaqların ürəyincə oldu. Hakim Zebarların və onun ətrafındakıların əsas düşuncələri 3 dövlət arasında ən gözəl bir şəkildə dostluq körpüsünü qurmaq və xalqın qeydinə qalmaqdır. Hakim Zebarların çıxışının əsas mahiyyəti daxildəki provakasiya, diskiriminasiya ,intriqa kimi düsüncələri ifsa etmek və dostluğa çağırmaqdan ibarət oldu. Hakim Zebarlar öz nitqində bildirdi ki, gürcülərlə bizim dədə-babalarmız ən gözəl dostluq nümunələri sərgiləmişlər. Bizlər də bu dostluğu bu istiqamətdə ən pik nöqtəyə catdırmalıyıq. Sonra digər çıxışlar başladı. Kənd sakini Mahmud Şeşəli çıxış etdi. O, kəndin yataq problemlərindən danısdı. Bildirdi ki, Gürcüstanın iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də kənd təsərrüfatıdır. Qaraçöp cammatı qədimdən maldarlıq sahəsilə məşğuldur. Dolanışacağımız yerli mal-qara təsərrüfatını inksaf etdirməkdir. Amma bu günlər örus yerlərimizin olmaması yataq problemlərimizin həll edilməməsi kənd camaatını banklara salır. Əldə olunan gəlirlər banklara faiz kimi verilir. Eyni zamanda, o, Gürcüstan dövlətinin azərilərə ögey münasibət bəslənmədiyini dilə gətirdi.


Təəssüf hissilə qeyd etdi ki, aşağı vəzifədə olan icra orqanları dövlətin yeritdiyi siyasətə qarşı cıxırlar. Hansı ki, burada yaşayan azərbaycanlılar dövlətin siyasətini seckilərdə tam dəstəkləyirlər, amma dövlət bu haqlı narazılıqlara baxıb tədbir görsə çox yaxşı olar.


 Tədbirdə daha sonra kənd sakini Ayət Xeyirxeber cıxış etdi. O da yenə yataq yerlərinin kənd camaatına cox baha qiymətə icarəyə verilməsindən və bunun muqabilində onlara hec bir rəsmi sənəd verilməməsindən danısdı. 


Onun fikrincə, bu kimi problemlərdən dövlət rəhbərliyinin xəbəri yoxdur. Natiq bu kimi qanunsuzluğun qarşısının alınması üçün dövlətə müraciət etdi. Və kənd sakinlərinin bu kimi problemlərin qarsısında cox əziyyət cəkdiyini bildirdi. Kəndin baytar həkimi Adil Hacımusayev də cıxısında mal-qaranın xəstəliyi barədə geniş acıqlama verdi və dedi ki, dövlətin baytarlıq xidməti idarələrindən bizim təsərrufatlara biganəliklə yanasırlar. Vaxtlı- vaxtında tədbirlər görülmür, dərman çatışmazlığı var. Təsərrüfat rəhbərləri oradan- buradan güc- bəla ilə dərmanlar əldə edir, bəzən gecikmələr vaxtinda vaksinasiya olmaması ciddi fəsadlar törədir, bu da təsərrüfatın geriləməsinə səbəb olur. 


Ən acınacaqlısı isə heyvanlardan adamlara bürselyoz xəstəliyi ve s kecir. O da yuxarı dövlət orqanlarından bu ögeyliyə son qoyulmasını istədi. Həmçinin tədbirdə Gürcüstanın digər bölgələrindən də qonaqlar istirak edirdi . Qonaqlar içərisində Qardabanidən doktor Elnarə Şamilova da vardı. Borcalıdan xristian-müsəlman dostluq cəmiyyətindən Atif Borcalı çıxışında Gürcüstan -Azerbaycan (baxmayaraq ki, bu iki dövlət fərqli dini mənsubiyyətə etnogenizə malikdir) dostluğundan danışdı. Eyni zamanda Qaraçöpün mərd, qorxmaz qeyrətli bir el olmasından və onun tarixinin ta qədimlərə çıxması, qədim türk qarapapaq nəslindən olmasını dilə gətirdi. 


Sonra Gürcüstanda yasayan soydaslarmıza gösterdiyi xidmətlərə görə diplomlar təqdim etdi. Çıxışçılar Azərbaycan prezidenti İlham Əliyevə yerli camaata göstərdiyi diqqətə və qayğıya görə təşəkkür etdilər. 5 nəfər azərbaycanlı ve 1 nəfər gürcü xalqının nümayəndəsi diplomla mükafatlandırıldı. 


Tədbirin ikinci hissəsi Gürcüstandan və Azərbaycandan dəvət olunmuş incəsənət ustalarının çıxışı ilə yadda qaldı. Aşıq Aidə Gülzar, müğənni İnci Şirvanlı, Aşıq Sevil, İftixar Hüseynli, Gülnar Əhməd və başqalarının çıxışları tədbir iştirakçılarına həzin anlar yaşatdılar. Aztv-nin Turan proqramının rəhbəri Cəmilə Məmmədli , İlham Əsgəroğlu da dəvət edilən qonaqlar sırasında idi. 


Azərbaycanda yayımlanan həftəlik "Yeni Sözçü” nəşrinin baş redaktoru Arzuman Loğmanoğlu da çıxışında gürcü azəri türk dostluğundan söz açaraq bildirdi ki, qələm adamları da bu dostluğun daha da möhkəmlənməsinə xidmət etməlidir.
 


Sonda kənd ağsaqqalları tədbirin təşəbbüskarlarına minnətdarlıq edərək bildirdilər ki, Qaraçöp 3 dövlətin dostluğunu uca tutacaq. 


Arzuman Loğmanoğlu,


Kirpi.tv


Qaraçöp elində dostluq bayramı-FOTO
Qaraçöp elində dostluq bayramı-FOTO
Qaraçöp elində dostluq bayramı-FOTO


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq