Nazirlikdən vəzifədən çıxarılan jurnalistə hansı vəzifə verilib? - "Həmkar"lardan açıqlama gəldi (YENİLƏNİB)

Nazirlikdən vəzifədən çıxarılan jurnalistə hansı vəzifə verilib? -  "Həmkar"lardan açıqlama gəldi (YENİLƏNİB)

PRESS

06.05.2025, 23:40

Jurnalist Ruhəngiz Mehmanqızı  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının mətbuat katibi təyin edilməyib.

Bu barədə Mia.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxs Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin mətbuat katibi deyil: "O, qurumda “baş mütəxəssis” vəzifəsində çalışır. ATİAHİ-nin rəsmi mətbuat katibi vəzifəsini Ruhiyəyə İsrafilova icra edir".

***

Jurnalist Ruhəngiz Mehmanqızı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki vəzifəsindən ayrılıb.

Mia.az Pravda.az saytına istinadla xəbər ki, R.Mehmanqızı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışırdı. Bundan əvvəl əvvəl isə o, Məlumat Hesablama Mərkəzində, “İctimai TV”də işləyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR