Ağcabədidə ağır qəza: iki hərbçi ölüb - VİDEO, FOTO

Ağcabədidə ağır qəza: iki hərbçi ölüb - VİDEO, FOTO

GÜNDƏM

01.05.2025, 09:42

Ağcabədidə ağır yol qəzası olub, iki nəfər ölüb. 

Hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. 

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır(“Qafqazinfo”).

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR