"Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" klubları cərimələnib

img

30-04-2025 [12:10]


AFFA "Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ"ı cərimələyib.

Mia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Gəncə təmsilçisi "Zirə" ilə XXXII turun oyununda azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə (bu hal üçüncü dəfə yaşandığı üçün) 1000 manat ziyana düşüb. 

"Səbail" isə "Araz-Naxçıvan"la matçda 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. 

"Sabah" "Qarabağ"la görüş bitdikdən sonra meydana kənar şəxsin çıxması ucbatından 800, Ağdam təmsilçisi isə fanatları pirotexniki vasitədən istifadə etdiklərinə görə 1500 manat cərimə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA