“Xəzər Lənkəran“ın büdcəsi talan edilir

img

11-08-2014 [19:28]


"Xəzər Lənkəran" ölkənin ən varlı klublarından biri olmaqla yanaşı, ən problemli komandalardan da biri hesab olunur. "Palmali"nin sahibi Mübariz Mənsimov klubun inkişafı, uğur qazanması üçün nə qədər pul xərcləsə də, nəticəsi olmur. İldə bir neçə dəfə baş məşqçi, bir neçə dəfə heyət dəyişdirilir və nəticədə "Xəzər Lənkəran" titulsuz qalır.

Lənkəran klubunda son məşqçi dəyişikliyinin qurbanı Mustafa Dənizli oldu. Halbuki, Mübariz Mənsimov məşhur türk mütəxəssisi böyük ümidlərlə gətirmiş, onun komandadakı vəziyyəti düzəldəcəyinə, "Xəzər Lənkəran"ın 10 illik yubileyində uğurlu nəticələrin qazanılacağına inanırdı. Amma Dənizlinin Azərbaycandakı fəaliyyəti 6 ayla məhdudlaşdı. Türk mütəxəssis may ayında istefaya göndərildi və onu ölkəmizə gətirdiyi köməkçisi Oğuz Çətin əvəzlədi.

Bəs Mübariz Mənsimovun ölkəmizə gətirdiyi və sona qədər arxasında olduğunu elan etdiyi məşqçini kim, niyə qovdu? Bunun çox sadə səbəbi var. Çünki Dənizli "Xəzər Lənkəran" rəhbərliyində təmsil olunan şəxslərin maraqlarına xidmət etmirdi. Transfer çalışmalarına birbaşa nəzarət edən mütəxəssis bu adamların klub büdcəsini talan etməsinə imkan vermirdi. Elə buna görə də onu yola saldılar.

Bəs kimdi bu adamlar? Hamıya məlumdu ki, "Xəzər Lənkəran" Tuyqun Nadirov tərəfindən idarə olunur. Amma o, təkbaşına Mübariz Mənsimovun gətirdiyi və güvəndiyi məşqçini yola salacaq səlaiyyətə sahib deyildi. Nadirova bu işdə birbaşa klubun prezidenti, Mübariz Mənsimovun qardaşı Mais Mənsimov dəstək verir. Səbəbi isə çox sadədi: Nadirov transferlərdən oğurlanan pulu təkbaşına yemir. Elə ona görə də klub prezident vitse-prezidentlə əlbir olub baş məşqçini yola saldı və qardaşının bu olaya səssiz qalmasını təmin etdi.

Dənizlinin yerinə təyin olunan Oğuz Çətin isə Mais Mənsimov - Tuyqun Nadirov cütlüyünün maraqlarına tam şəkildə cavab verir. Artıq baş məşqçi transfer çalışmalarında heç bir səlahiyyətə sahib deyil, bütün işlərə Nadirov nəzarət edir. Bu isə "Xəzər Lənkəran" büdcəsinin talan olunması ilə nəticələnir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA