Qadın jurnalistlərə önəmli jest

img

16-09-2014 [13:59]


"Qarabağ” klubu sentyabrın 18-də Avro Liqanın qrup matçı çərçivəsində "Sent Etyen”lə keçiriləcək oyun qabağı maraqlı qərar qəbul edib.

Klubun mətbuat xidməti rəhbəri Nulan İbrahimov xanım jurnalistlərin bu matça böyük marağını nəzərə alaraq stadionun bir sektorunu tamamilə onlara ayrılacağını bildirib.

Klub rəsmisi bu barədə öz facebook səhifəsində məlumat paylaşıb. Məlumatda deyilir: "Əziz dostlar, "Qarabağ” – "Sent Etyen” oyununa mətbuatın xanım azarkeşlərinin marağını nəzərə alaraq yenilik etmək qərarına gəldik. Belə ki, 34-cü sektor (media sektorunun altı) sırf zərif cinsin nümayəndələri üçün ayrılmışdır. Xanım media mənsublarının 34-cü sektora dəvətnamə əldə etmək üçün tərəfimizə müraciət etməsi xahiş olunur”.


qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA