Ərdoğan səfərə hazırlaşır: "Bunlar hədlərini bilmirlər"

img

23-04-2025 [12:20]


Şimali Kipr Türk Cumhiriyyətinin (KKTC) paytaxtı Lefkoşadakı İrsen Küçük Orta Məktəbində hicablı şagirdin hicaba görə məktəbə buraxılmaması Türkiyə Prezidenti Ərdoğnı qəzəbləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, AK Partiya Mərkəzi İdarə Heyətinin iclasında etdiyi çıxışda söz açıb.

Ərdoğan bildirib ki, bu, qəbulolunmaz haldır: "Bu, ədəbsizlikdir. Bunlar hədlərini bilmirlər. Yaxın günlərdə KKTC-yə səfər edəcəyik. Orada lazımi mesajları verəcəyik. Onları sıxmasanız, yerlərini bilməzlər".

Firudun Səfərli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA