Əfsanəvi idmançı: "Onun yerində mən olsaydım, 20 il cəza alardım"

img

18-04-2025 [13:51]


Əfsanəvi tennisçi Serena Uilyams dünyanın bir nömrəsi Jannik Sinnerə üç aylıq cəza verilməsinə etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, dopinq aşkarlanan Sinnerə niyə üç aylıq yarış qadağa qoyulmaısnı anlaya bilmədiyini deyib.

2022-ci ildə aktiv idman karyerasını bitirən əfsanəvi amerikalı tennisçi daha sonra onun yerinə başqası olsaydı, daha ağır cəza alacağını iddia edib: "Məsələn, onun yerində mən olsaydım, 20 il yarışlardan uzaqlaşdırılardım”.

Xatırladaq ki, qeyd edilən ittihamla  Jannik Sinnerə az cəza verilməsi tennis aləmində birmənalı qarşılanmayıb.

FOTO: Jannik Sinner

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:45 19.04.2025

Sabah yağış yağacaq