“Münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir” - Ilham Əliyev

img

09-08-2014 [18:07]


"Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir”. 

APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycanın dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu, bu münaqişənin həddən çox uzandığını və həll edilməsi olduğunu bildirib.

Prezident, son illər Azərbaycan-Rusiya münasibətlərində sabit, pozitiv dinamika müşahidə olunduğunu qeyd edib: "Biz əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik və bizim regionda stabilli məsələlərində əməkdaşlıq potensialını inkişaf etdirmək əzmindəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş bu gün Rusiyanın Soçi şəhərindəki "Boçarov Ruçey” iqamətgahında baş tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA