ALP hakimiyyətə çağırış etdi

img

09-08-2014 [14:31]


Azərbaycan Liberal Partiyası bəyanat verib. Bəyanatda deyilir: "Azərbaycan iqtidarındakı mürtəce qüvvələr növbəti repressiv addım atımışlar- Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevi həbs etmişlər. İntiqam Əliyev Azərbaycanda azsaylı prinsipial, vicdanlı, satılmayan, kəskin ədalət hissinə malik, şəxsi təmannasız, savadlı, peşəkar, təvazökar hüquqşünaslardan, ictimai xadimlərdən və hüquq müdafiəçilrindən biridir. İntiqam Əliyev sözün həqiqi mənasında Ziyalı, Vətəndaş və insan haqları Fədaisidir. Məhz prinsipiallığı və peşəkarlığı sayəsində o hüquqlarının müdafiəsini üzərinə götürdüyü vətəndaşların işlərinin mütləq əksəriyyətini Avropa İnsan Haqları Məhkəməsində udmuş, Azərbaycan hüquq-mühafizə orqanlarının və başqa dövlət orqanlarının saxtakarlığını, qərəzini, savadzılığını ifşa etmiş, onlara HÜQUQ DƏRSİ keçmişdir. Məhkəmədə, "qanun müstəvisində" İntiqam Əliyevlə bacarmayan çevrələr onu saxta ittihamla həbs etməkdən başqa çıxış yolu tapmamışlar. Lakin, onu həbs etdirənlər bilməlidirlər ki, qalib İntiqam Əliyevdir; onların siyasi kursu üçün mənəvi, hüquqi və siyasi baxımdan həbsdə olan İntiqam Əliyev azadlıqda olan İ. Əliyevdən daha təhlükəlidir. Bir çox ictimai xadimləri, o cümlədən Leyla Yunusu, indisə İntiqam Əliyevi həbs etdirən çevrələr analamalıdırlar ki, onlar təkcə öz onsuz da bədnam obrazlarını olduğu kimi bir daha təqdim etmirlər, həm də Azərbaycan xalqının, dövlətinin xoş adını ləkəyərilər. Azərbaycan Konstitusiyasını, Qanunlarını, "İnsan Haqları" anlayışını saymadan İntiqam Əliyevi həbs etdirənlər dərk etməlidirlər ki, bundan sonra beynəlxaq ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağda öz erməni vətəndaşlarının hüquqularına hörmət edəcəyinə inandırmaq çox çətin olacaq. Bəlkə də mümkün olmayacaq". 

İntiqam Əliyevin saxta və cəfəng ittihamlarla həbsindən ciddi narahat olan ALP Azərbaycan hakimiyyətini onu, Leyla Yunusu və bütün siyasi dustaqları dərhal azad etməyə çağırır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA