Eldar Namazov İsa Qəmbərin sədrliyinə qarşı

img

08-08-2014 [17:52]


Dünən Milli Strateji Düşüncə Mərkəzi (MSDM) məşvərət heyətinin toplantısı keçirilib. İclasda Müsavat Partiyasının başqanı İsa Qəmbər sədr seçilib. 

Ancaq bu qurumla bağlı Teleqraf.com-a maraqlı xəbərlər daxil olub.  Xəbərə görə, Milli Strateji Düşüncə Mərkəzinin son toplantısında 5-6 nəfər iştirak edib. Bunlar İsa Qəmbər, Mehriban Vəzir, Pənah Hüseyn, Qiyas Sadıqbəyli və Zəfər Quliyev olub.  İsa Qəmbər də məhz bu çərçivədə sədr seçilib.  Mənbə isə bildirib ki, əslində Milli Strateji Düşüncə Mərkəzinin beş deyil, daha çox üzvü var. Bu mərkəzin üzvlərinin sayı on beşdən az deyil.  Bu arada o da bəlli olub ki, Milli Strateji Düşüncə Mərkəzinin ilkin sənəd və protokollarında quruma sədrliyin rotasiya qaydasında edilməsi öz əksini tapıb.  Ancaq indiki dönəmdə İsa Qəmbərin sədrliyini rotasiya qaydasına uyğun olmayan post kimi təqdim edirlər. Bunun səbəbi isə İsa Qəmbərin Müsavat partiyasının başqanı postundan gedə bilməsi ilə əlaqədardır.  Əgər Müsavatda qurultay keçirilsə və İsa Qəmbər başqanlıqdan getməli olsa, bu zaman Milli Strateji Düşüncə Mərkəzinin sədri olaraq siyasi proseslərdə iştirak etmək imkanına sahib olacaq. Digər maraqlı xəbər isə "El” Hərəkatının Milli Strateji Düşüncə Mərkəzində olan üzvlərinin çoxunun 7 avqust toplantısına qatılmaması ilə bağlıdır.  Mənbə iddia edir ki, İsa Qəmbərin sədr seçildiyi iclasda "El” Hərəkatının sədri Eldar Namazov və ona yaxın şəxslər iştirak etməyib.  Baxmayaraq ki, həmin müddətdə Namazov Bakıda olub və hətta Müsavat partiyasına yaxın media orqanına müsahibə verib.  Mənbə onu da qeyd edib ki, son aylar Namazov ümumiyyətlə bu qurumun toplantılarına qatılmayıb.  Bu isə deməyə əsas verir ki, Eldar Namazov Milli Strateji Düşüncə Mərkəzinin fəallaşmasında, habelə İsa Qəmbərin bu qurumun sədri postuna gəlməsində maraqlı deyil. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA