Ankarada iş yerindən 100 sənədsiz silah ələ keçirildi - FOTO

img

08-04-2025 [13:03]


Türkiyənin paytaxtı Ankarada bir iş yerində 100 silah və onun hissələri aşkarlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyatda 100 sənədsiz silahla yanaşı, onun 970 hissəsi də iş yerindən götürülüb.

Məlumatda deyilir ki, faktla bağlı bir nəfər tutulub.

Hazırda silahın nə məqsədlə oraya gətirilməsi və digər hallar araşdırılır.

Lamiyə Əhmədli
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR