Türkiyədə qayıq batıb - 5 nəfər ölüb, 25 nəfər xilas edilib

img

03-04-2025 [11:05]


Türkiyədə çoxsaylı insanın olduğu qayıq dənizdə batıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Çanaqqala yaxınlığında baş verib.

Məlumata görə, qayıqda qanunsuz yolla Avropaya getməyə çalışan xarici ölkə vətəndaşları olublar: "İlkin informasiyaya görə, Çanaqqalanın Ayvacık sahillərində bəlli olmayan səbəbdən rezin qayığın batması nəticəsində 5 nəfər ölüb, 25 nəfər xilas edilib. Sahil təhlükəsizlik qruplarının axtarış işləri davam edir".

Qayıqda ümumilikdə nə qədər insanın olduğu bəlli deyil.

Firidun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA