YAXŞI Kİ, MÜƏLLİM OLMUŞAM... - FOTOLAR
CƏMİYYƏT
02.04.2025, 10:54
Hələ orta məktəbdə oxuyurdum. Müəllim olmağı artıq qərarlaşdırmışdım. Riyaziyyat fənnini daha mükəmməl oxuduğumdan anam riyaziyyat məllimi olmağımı tövsiyə edirdi. Azərbaycan təbiətinə, onun gözəlliklərinə, coğrafi mövqeyinə olan marağım isə məni başqa səmtə çəkirdi. Bunu hiss edən coğrafiya müəllimlərim Camaləddin Qasımov və Elyanə Kərimovanın mənim peşə yolu seçməmdə böyük rolları oldu.
Bir dəfə Camaləddin müəllim doğma İmişlimizin təbiəti, coğrafi strukturu barədə düşüncələrimizi yazmağı tapşırmışdı.
Mən yazmışdım:
Doğma İmişlimiz Millə-Muğanı özündə qovuşduran bir Mərkəzi Aran rayonudur. Rayonumuzun ərazisindən Araz və Kür çayları sehrlənərək keçir. Relyefi düzənlik olmaqla, ərazisi okean səviyyəsindən aşağı, yayı isti və quraq olur. Neft və qum-çınqıl kimi faydalı qazıntıları var, insanları əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Mən rayonumuzun meşə örtüyünü daha çox sevirəm, insanların onu odun yanacağı kimi qırıb-dağıtmasını bir məktəbli harayı kimi qəbul edə bilmirəm...
Yazı müəllimin xoşuna gəlmişdi. Sinfimizdə bütün şagirdlərin qarşısında oxuyub mənə təşəkkürünü bildirmişdi. İndi o illərdən nə az, nə çox düz 13 il keçir.
Elə bu həvəslə də 2013-cü ildə orta məktəbi bitirib, ali məktəbə sənəd verdim.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya müəllimliyi fakultəsinə daxil oldum. 2017- ci ildə oranı uğurla bitirib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulundan (MİQ-dən) müvəffəqiyyətlə keçərək vaxtilə orta təhsil aldığım İmişli rayon Fazil Rəhimov adına Cəfərli 2 saylı tam orta ümumtəhsil məktəbində ixtisasım üzrə müəllim kimi əmək fəaliyyətinə başladım.
Səkkiz illik pedaqoji təcrübəm var. Hərdən düşünürəm ki, nə yaxşı müəllim olmuşam və coğrafiya müəllimiyəm. Fərqli çoğrafiya mövzularında yazılarım, düşüncələrim həmişə həmkarlarım tərəfindən rəğbətlə qarşılanır. Dərs dediyim şagirdlərin uğurları ən böyük sevincimdir.
Müəllimlik mənim üçün sadəcə bir peşə deyil, öyrənənlərin qəlbini oxşamaq, dünyanı, insanları onlara sevdirmək, onların dünyasına ayna tutmaq, onlarla bərabər olmaq, könüllərini fəth etməkdir.
Bu gün cağrafiya ixtisasını mənə sevdirən Bakı Dövlət Universitetinin cağrafiya fakultəsinin məzunu, müəllimim, nəcib qəlbli, gözəl insan Elyanə Kərimova həm də məktəbimizin direktorudur. Onun müəllim kimi də, rəhbər kimi də fəaliyyəti bir örnəkdir. O necə ki, coğrafiya fənninin incəliklərini bizə sevdirib, mən də bir gənc müəllim olaraq öz ixtisasımı və coğrafi bilikləri uşaqlara eyni həvəs, eyni ruhla öyrədirəm.
CƏMALƏ TALIBLI,
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Fazil Rəhimov adına Cəfərli 2 saylı tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Saxlanılan "Musiqi qrupu"nun liderinin evindən sərvət çıxdı - FOTO
Bugün, 00:13 MƏDƏNİYYƏT
-
RƏSMİ TEHRANDAN ABŞ-a ŞƏRT KƏSDİ: "Tarixdə qalacaq cavab verəcəyik"
Bugün, 00:09 GÜNDƏM
-
"Putinlə danışmışam, Rusiya NATO ərazisinə hücum etməyəcək" - "Haradan bilirsiniz ki, mən bunu etməmişəm?"
Bugün, 00:04 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
AFFA-nın sonradan sildiyi paylaşımda nə yazılmışdı? - Rüsvayçılığın FOTOSU
27.08.2026, 23:10 İDMAN
-
UEFA Avropa Liqası: "Beşiktaş" uduzdu, amma...
27.08.2026, 22:51 İDMAN
-
Konfrans Liqası: "Qarabağ" yarışla vidalaşdı - (YENİLƏNİB)
27.08.2026, 22:46 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" və "Qalatasaray"ın rəqibləri müəyyənləşdi
27.08.2026, 21:08 İDMAN
-
Çempionlar Liqasında "Sabah"ın rəqibləri: "Barselona", "Borussiya Dortmund", "Arsenal", "Mançester Yunayted"...
27.08.2026, 21:06 İDMAN
-
RUSİYA AVROPANIN ÜÇ NƏHƏNG ÖLKƏSİNİ HƏRBİ ZƏRBƏ İLƏ HƏDƏLƏDİ: "Onlar bu məsuliyyətdən yaxa qurtara bilməzlər"
27.08.2026, 19:19 GÜNDƏM
-
"İslam NATO-su" genişlənir - Bir ölkə də dəvət olundu
27.08.2026, 18:00 SİYASƏT
-
Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
27.08.2026, 17:49 SİYASƏT
-
Türkiyə Mərkəzi Bank ehtiyatları artdı - Son bir həftədə
27.08.2026, 17:39 İQTİSADİYYAT
-
"Manifest"in yaradıcısı saxlanıldı - Bu ittihamlarla
27.08.2026, 17:33 MƏDƏNİYYƏT
-
ASAN könüllüləri “Qədim Şəhərin Muğam Sədası” tədbirini reallaşdırıblar
27.08.2026, 17:18 MƏDƏNİYYƏT
-
Milli Kibertəhlükəsizlik Agentliyində dəyişiklik - Onlar yeni vəzifəyə təyinat aldı
27.08.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.08.2026, 17:00 İQTİSADİYYAT
-
İsrail ilə Türkiyə arasında gərginlik müharibəyə çevrilə bilər? - TƏHLİL
27.08.2026, 16:55 SİYASƏT
-
Daha bir baş həkim vəzfədən azad olunub
27.08.2026, 16:26 CƏMİYYƏT
-
Moskvadakı səfirliyimizin önündəki təxribatın görüntüləri yayıldı - VİDEO
27.08.2026, 16:26 GÜNDƏM
-
İcra başçısı bir milyona yaxın pulu hara xərcləyəcək? - Bu şirkətlə sövdələşmə oldu
27.08.2026, 16:20 İQTİSADİYYAT
-
TÜRKİYƏDƏ KEÇMİŞ NAZİRİN OĞLU EVİNDƏ GÜLLƏLƏNDİ
27.08.2026, 16:05 KRİMİNAL
-
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək
27.08.2026, 16:00 GÜNDƏM
-
Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında təxribat... - XİN bəyanat yaydı, Moskvadan tələb etdi
27.08.2026, 15:42 GÜNDƏM
-
Prezident İlham Əliyev sərəncam imzaladı - Kluba 5 milyon ayrıldı
27.08.2026, 15:34 GÜNDƏM
-
Bu icazə üçün 70 manat dövlət rüsumu alınacaq - Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədi
27.08.2026, 15:09 GÜNDƏM
-
Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib
27.08.2026, 14:53 GÜNDƏM
-
GECƏNİN DAVASI: UEFA hərəkətləndi - "Fənərbağça"nın futbolçusuna təpik atan kim olub? - FOTOLAR
27.08.2026, 14:48 İDMAN
-
ƏƏSMN-in sabiq şöbə müdiri Agentlikdə qrup rəhbəri təyin edildi
27.08.2026, 14:22 CƏMİYYƏT
-
Hülya Avşar köməkçisi ilə "su savaşı"na çıxdı - FOTOLAR
27.08.2026, 14:07 ŞOU-BİZNES
-
600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb
27.08.2026, 14:00 GÜNDƏM
-
Rusiya ilə Qazaxıstan arasında anlaşma - Rus nefti qonşu ölkədə emal olunacaq
27.08.2026, 13:55 İQTİSADİYYAT
-
Rusiya ilə Rumıniya arasında gərginlik böyüyür
27.08.2026, 13:31 DÜNYA
-
Paşinyan: "Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır" - "Köçəryan, Sarksyan, Tsarukyan pensiya ilə yaşamalıdır"
27.08.2026, 13:17 SİYASƏT