BMAM-ın rəhbərliyi Pakistan səfiri ilə - FOTOLAR

img

07-08-2014 [15:31]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyi Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Xalid Usman Qayser ilə keçirilib.

Mərkəzdən Mia.az-a verilən məlumata görə,  avqustun 6-da baş tutan görüşdə BMAM sədri Rufiz Qonaqov hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın vacibliyini, Pakistanın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq, ölkəmizdə vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etməsindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb.

Rufiz Qonaqov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır:  "Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər”.

Eyni zamanda Rufiz Qonaqov görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən prosesi, bu proseslərdə BMAM-ın mövqeyini, son günlər cəbhə xəttində erməni silahlı qüvvələrinin Azərbaycana qarşı həmlələrini, bu münaqişənin tezliklə ədalətli formada həll edilməsinin vacibliyini və beləliklə də Qafqaz regionunda stabilliyin bərqərar edilməsi zəruriliyini səfirin diqqətinə çatdırıb.

 Pakistan səfiri Xalid Usman Qayser görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək, belə əməkdaşlığın ölkələrin vətəndaş cəmiyyətləri arasında daha da gücləndirilməsini dəstəklədiyini deyib. Diplomat BMAM-ın belə təşəbbüslərini alqışlamış və əməkdaşlıq üçün özünün rəhbərlik etdiyi səfirlik tərəfindən hərtərəfli dəstək veriləcəyini bəyan edib. Eyni zamanda Pakistan səfiri Azərbaycan-Pakistan arasındakı münasibətlərə də toxunaraq, 2 ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən biri olduğunu, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini və dünyada Ermənistanı tanımayan yeganə dövlətin Pakistan olduğunu vurğulayıb.

 Görüşdə BMAM-ın sədr müavinləri Həbib Heydər və Eldar Orucov, idarə heyətinin üzvləri və Mərkəzin gənc üzvləri də iştirak ediblər.

 

 BMAM Sədri Rufiz Qonaqov Pakistan səfiri Xalid Usman Qayser ilə görüşüb

BMAM Sədri Rufiz Qonaqov Pakistan səfiri Xalid Usman Qayser ilə görüşüb



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA