Kaan Ayhan: "A Millətlər Liqasına yüksəlmək istəyirik"

img

19-03-2025 [18:15]


Türkiyə millisinin futbolçusu Kaan Ayhan UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstan yığması ilə sabahkı oyunla bağlı danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 21.00-da başlayacaq oyunla bağlı sualları Kaan Ayhan rəqibi keçərək, Millətlər Liqasına yüksəlmək istədiklərini deyib.

O bildirib ki, komanda olaraq matça hazırdırlar: "Mental olaraq daha dinamik komanda ilə oynayacağımızı bilirik. Və buna uyğun məşqlərimizi edir, hazırlaşırıq. Təbii ki, Millətlər A Liqasına yüksəlmək istəyirik. Düşünürəm ki, buna layiqik. Komanda da belə düşünür. Çətin matçdır. Macarıstan 1000-ci oyununu keçirəcək. Onlar yüksək motivasiyalı ola bilər, amma sonda gülən tərəf biz olmaq istəyirik".

Kaan azarkeşlərdən də böyük dəstək gözlədiklərini qeyd edib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA