Lənət olsun belə demokratiyaya! - Partiya sədr yazdı

img

06-08-2014 [23:57]



Uzun illər dünyada iki böyük imperiyanın ABŞ və SSRİ-nin(indi Rusiya) soyuq savaşı davam edir və əslində indi də davam etməkdədir. Bir-birlərinə daha güclü olduqlalırını sübut etmək, daha çox dövlətləri öz təsirləri altına almaq üçün min cür siyasi və iqtisadi sanksiyalar etməkdən çəkinmirlər.

Bu iki imperiya öz aralarında yalnız quru bəyanatlar verməklə kifayətlənir, bir-birləri ilə söz savaşı edərkən, digər dövlətlər, xüsusilə münaqişəli dövlətlər, hələ kifayət qədər oturuşmamış dövlətlər bu iki imperiyanın siyasi hikkələrinin qurbanına çevrilərək döyüş poliqonuna çevrilirlər. İkinci cahan müharibəsindən sonra müharibədən qalib çıxan SSRİ az qala Avropanın yarısını və eləcə də Yaxın və Orta Şərqdə (xüsusən ərəb ölkələrində) oz hegemonluğunu yarada bilmişdi. Öz siyasi təhlükəsizliyini qoruyb saxlamaq üçün 15 müttəfiq respublikanı da özündə birləşdirən bu SSRİ deyilən imperiya bununla kifayətlənməyərək öz sınırlarından çox-çox uzaqlara qədər olan dövlətləri də müxtəlif iqtisadi və siyasi "yardımlar" etməklə öz təsirdairəsinə ala bilmişdi. Dünyada gedən prosseslər zamanı bir-birlərinə lori dildə desək "xox" gəlməklə, kifayətlənən bu iki nəhəng qarşı-qarşıya gəlmədilər və indi də gəlmirlər. Bəlkə də bunun əsas səbəbi hər ikisində güclü raket-nüvə silahlarının olmasıdır ki, bu səbəb növbəti dünya müharibəsini əngəlliyir. Belə halda bu iki nəhəngin vəzifəsi dünyada gedən müharibə-münaqişələrə, elə bu münaqişələri də əslində özləri yaradırlar, qıraqdan-qırağa bəyanat veməklə seyr etməkdən ibarətdir. NATO, xüsusilə də Amerika Avropanın yarısına qədər irəliləmiş, Yaxın və Orta şərqdə böyük söz sahibinə çevrilmiş SSRİ -dən narahat olub, fürsət gözləsələr də ,SSRİ dağıldıqdan sonra demək olar ki,  bu fürsətdən istədikləri kimi istifadə edə bilmədilər. Düzdür Avropada kiçik münaqişələri nəzərə almasaq, Avropa dövlətləri "kommunizm" təhlükəsindən uzaqlaşsa da, Yaxın və Orta Şərqdə, Qafqazda münaqişə, müharibə poliqonuna çevrildi. Sanki hər şey unuduldu, kommunizm kabusu bitdi, dünya bəzən açıq, bəzən gizli xristian-müsəlman savaş müstəvisinə çevrildi. NATO Rusiyaya onun təsir dairələrinə müəyyən qədər yaxınlaşsa da, kifayət qədər effekt ala bilmədi. Qafqaz bu iki imperiyanın sərhəddinə- döyüş poliqonuna çevrildi. Qərbdən Amerika və Nato, Şərqdən isə Rusiya Qafqazda dayanmalı oldular və beləliklə Qafqaz qan çanağına döndü. Görünür helə uzun müddət də davam edəcəkdir. Bu, onu göstərir ki, SSRİ kimi nəhəng bir imperiya dağıldıqdan sonra tezliklə dünyanın təkbaşına sahibinə çevrilmək sevincinə ABŞ nəsib ola bilmədi. Demokratik dəyərlər altında apardığı siyasət demək olar ki, heç bir nəticə vermədi. BMT, Avropa İttifaqı, yüzlərlə yaradılan Beynəlxalq təşkilatlar münaqişə məsələlərinin həllinə nail ola bilmədi. Açığını söyləmək mümkünsə, bu cür təşkilatlar dünyada öz nüfuzunu itirməkdədir və kağız üzərində növcud olan təşkilatlara çevrilməkdədirlər. Başqasını bilmirəm, Amerika, NATO ya həqiqətən Rusiyadan qorxur, ya da bu münaqişələr onların özlərinə də sərf edir.

İllərdir Azərbaycana quru vədlr edən bu dövlətlər və təçkilatlar sözdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, qətnamələr çıxarır, amma real bir nəticə üçün heç nə etmirlər. İşğalçı bir dövlətə, yəni Ermənistana Amerika yardım edir, Rusiya silah verir, Avropa Şurası isə onu üzvlüyə qəbul edir!!!

Budumu onların dünyaya yaymaq istədikləri haqq-ədalət, demokratiya? Lənət olsun belə demokratiyaya!

Samir TURAN,

MHP sədri


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA