“Nyukasl Yunayted” İngiltərə Liqa kubokunun sahibi olub

img

17-03-2025 [00:46]


Bu gün “Uembli” stadionunda keçirilən finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted” tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Nyukasl” ilk qolunu 45-ci dəqiqədə Dan Burnun ayağından keçirib. İkinci hissəyə yüksək templə başlayan qara-ağlılar 52-ci dəqiqədə Aleksandr İsakın qolu ilə hesabı 2:0-a çatdırıb.

"Liverpul" isə 94-cü dəqiqədə Federiko Kyesanın qolu ilə hesabı 2:1 edib.

Beləliklə, qalib gələn "Nyukaasl" kuboku başının üzərinə qaldırıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA